Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə axşamı və çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin baş tutacaq çıxışları ərəfəsində dollar major valyutalar qarşısında bir qədər dəyər itirir. Belə ki, EURUSD valyuta cütlüyü 1.0818 həddini test etdikdən sonra 1.0831 həddinə qədər yüksəlib. USDJPY cütlüyü isə 161.100 həddindən 160.870 həddinə qədər ucuzlaşıb. Dollar indeksi 105.00 bənd təşkil edir.
Çərşənbə axşamı FED sədri Konqresin Bank Komitəsi, çərşənbə günü isə Maliyyə Xidmətləri Komitəsi qarşısında çıxış edəcək. İnvestorlar tənzimləyici qurumun rəhbərindən monetar siyasət ilə bağlı gələcək planlar, xüsusən də faiz dərəcəsinin azaldılmasının vaxtı ilə əlaqədar daha çox ipucu əldə etməyə ümid edirlər. Qeyd olunur ki, analitiklərin 77%-i FED-in sentyabr ayında faiz dərəcəsini endirəcəyini proqnoz edir. Ekspertlərin təxminən yarısı isə ilin sonuna kimi uçot dərəcəsinin 4.75-5% səviyyəsində olacağını ehtimal edir.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞHəmçinin, ABŞ-da dərc olunacaq inflyasiyaya dair göstəricilər investorlara daha çox ipucu verə bilər. Analitiklər hesab edirlər ki, ölkədə illik inflyasiya may ayı ilə müqayisədə iyun ayında 3.3%-dən 3.1%-ə enib və ilin əvvəlindən bəri ən aşağı səviyyəyə qayıdıb.
Qızılın qiymətləri çərşənbə axşamı səhər Yaxın-Şərq ətrafında yaranmış geosiyasi risklər fonunda bahalaşıb. Nyu-York "Comex" birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 8.3$ və ya 0.35% artaraq 1 troya unsiyası üçün 2371.8$-a qədər bahalaşıb. İnvestorlar Yaxın-Şərqdə baş verən hadisələri diqqətlə izləməyi davam etdirirlər. Çünki, bölgədə vəziyyətin gərginləşməsi "etibarlı liman" maliyyə aktivi kimi, qızıla tələbin artmasına səbəb ola bilər.
Xatırlamaq lazımdır ki, bazar ertəsi Fələstinin "HƏMAS" hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, İsrailin hərəkətləri Qəzza zolağında atəşkəslə bağlı danışıqlar prosesinin ləğv olunmasına gətirə bilər. İsrail Müdafiə Qüvvələri isə (IDF) bir gün əvvəl sakinləri Qəzza şəhərinin bir neçə bölgəsindən Fələstin anklavının mərkəzindəki Deyr əl-Bələh bölgəsindəki humanitar zonaya təxliyə olunmağa çağırıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler dollar manat kursu en son xeberler valyuta xeberleri avtomobil xeberleri