Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə axşamı günü ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışından sonra dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Lakin, bugün səhər saatlarında dollar öz mövqelərini bir qədər itirib. EURUSD valyuta cütlüyü 1.0806 həddindən 1.0810 həddinə qədər, GBPUSD cütlüyü isə 1.2778 həddindən 1.2793 həddinə kimi bahalaşıb. USDJPY valyuta cütlüyü 161.430 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.09% artaraq 105.1 bənd təşkil edib.
Dünən Pavel öz çıxışında inflyasiyanın 2%-ə doğru hərəkət edəcəyinə daha çox inamı olana qədər FED-in faiz dərəcəsini aşağı salınmasının məqsədəuyğun olmadığını təsdiqləyib və həmçinin qeyd edib ki, birinci rüb üçün məlumatlar demək olar ki, bir əminlik vermir. Eyni zamanda, mərkəzi bank rəhbərinin sözlərinə görə, son statistik məlumatlar bu sahədə "mülayim irəliləyişdən" xəbər verir. Bundan əlavə, Pavel qeyd edib ki, bütövlükdə, əmək bazarı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb və ABŞ iqtisadiyyatı güclü templə inkişaf edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Analitiklər hesab edirlər ki, FED sədrinin açıqlamaları Mərkəzi Bankın sentyabr ayında faizləri aşağı salacağı ilə bağlı gözləntiləri dəstəkləyir.
ABŞ fond indeksləri "Nasdaq" və "S&P 500" yarımkeçirici və texnoloji nəhənglərin səhmlərinin qazancları sayəsində rekord həddə çatıblar. Həmçinin, baazar iştirakçıları FED sədri Cerom Pavelin ABŞ Konqresindəki çıxışını diqqətlə təhlil edirlər. "Nvidia" səhmlərinin dəyəri 3.1% artıb. "Micron Technology" 1.8% bahalaşaraq "Philadelphia SE Semiconductor Index"-ni bütün zamanların ən yüksək səviyyəsinə çatdırıb.
Qızılın qiyməti dünən axşam saatlarında İsrail və "HƏMAS" arasında aparılan danışıqlarda irəliləyişlə bağlı xəbərlərdən sonra bir qədər ucuzlaşsa da, bugün səhər bahalaşıb. Nyu-York "Comex" birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 4.2$ və ya 0.17% azalaraq 2359$ olub. Qızılın spot qiyməti isə hal-hazırda 2368$ təşkil edir.
İsrail və Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında həll edilməmiş bir çox məsələlərdə razılığa gəliblər. Mənbələrin məlumatına görə, Qəzza zolağı ilə bağlı danışıqlar çərşənbə günü Qətərin paytaxtı Dohada, cümə axşamı isə Qahirədə bərpa olunacaq. Qızıl ənənəvi olaraq "etibarlı liman" maliyyə aktivi rolunu oynayır və qlobal qeyri-müəyyənlik artdıqca ona olan tələb artır.
Londonun "ICE" birjasında "Brent" markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti 1.01% ucuzlaşaraq bir barrel üçün 84.89$ təşkil edib. "Brent" markalı neftin spot qiyməti isə 2024-cü il iyulun 1-dən bəri ilk dəfə bir barrel üçün 85$ səviyyəsindən aşağı satılır. 
Qeyd olunur ki, ABŞ-ın əsas neft hasilatı mərkəzi olan Texası vuran "Beril" qasırğasının ekspertlərin gözlədiyindən daha az ziyan vurması üzə çıxdıqdan sonra, neft qiymətləri ucuzlaşıb. Bu, ABŞ neftinin təxminən 40%-nin istehsal olunduğu Texasda tədarükün kəsilməsi ilə bağlı narahatlıqları azaldıb.
Məlumatİnvest-Az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 10 iyul 2024

Oxşar xəbərlər

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler dollar manat kursu en son xeberler valyuta xeberleri avtomobil xeberleri