Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün Böyük Britaniyada ÜDM, Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi göstəricilərinin dərc olunması ərəfəsində funt dollar və avro qarşısında bahalaşıb. Belə ki, GBP/USD cütlüyü dünən ticarətə 1.2780 səviyyəsində başlasa da, gün sonunda 1.2845 səviyyəsində qərarlaşmışdır. Bugün isə cütlük artıq 1.2863 həddinə qədər bahalaşıb. EUR/GBP cütlüyü isə ötən gün ərzində 0.8458 həddindən 0.8426 həddinə qədər ucuzlaşıb.
ABŞ-da qasırğa mövsümünün təsiri ilə bağlı narahatlıqlar fonunda son həftələr Avropa birjasında qaz qiymətləri ucuzlaşır. Təbii fəlakətlərin baş verməsi Avropaya LNG tədarükünə təsir edə bilərdi, lakin, böyük fəsadların baş verməməsi qaz qiymətlərində olan riski azaldır. Çərşənbə axşamı Avropada qazın birja qiymətləri mayın 20-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 350$ səviyyəsindən aşağı düşüb. Çərşənbə günü isə qazın qiyməti eniş tendensiyasını davam etdirib.
ABŞ-ın Energetika Nazirliyinin dərc etdiyi sənədə əsasən, ölkə öz strateji ehtiyatlarını doldurmaq üçün 4.5 milyon barrel xam nefti 80$-dan ucuz qiymətə almağı planlaşdırır və bu məqsədlə bir neçə vasitəçi ilə tədarük imkanlarını nəzərdən keçirməyə hazırdır.
Həmçinin yay mövsümündə tələbin artması səbəbindən ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı məlumatların dərc olunmasından sonra beynəlxalq birjalarda neft qiymətləri yüksəlir. "Qara qızılın" qiymətlərində ötən həftənin cümə günündən başlayan eniş tendensiyası dünən bitib. "Brent" markalı neftin bir barrel üçün qiyməti 86.30$, "WTI" markalı neftin bir barrel üçün qiyməti isə 83.00$ səviyyəsində ticarət olunur.
Bazar iştirakçıları Böyük Britaniyada açıqlanacaq statistik məlumatlardan başqa, bugün Almaniyada və ABŞ-da dərc olunacaq inflyasiya göstəricilərini də diqqətlə izləyəcəklər. Amerikada istehlak qiymətlərinin aylıq ifadədə 0.1%, illik ifadədə isə 3.1% artığı proqnozlaşdırılır. Əlavə olaraq, cümə günü ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri açıqlanacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10