Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün Almaniyada, Avropada və ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşıb. USDJPY valyuta cütlüyü dünən 157.200 həddini test etsə də, 158.770 həddinə qədər artım göstərib. EURUSD və GBPUSD cütlükləri bir qədər ucuzlaşsalar da, artım tendensiyası qorunur. "Brent" markalı neft 85$ həddinin altına enib və hal-hazırda bir barrel üçün 84.90$-a ticarət olunur. Qızıl isə artım trendini davam etdirir. Dəyərli metal 2430$ səviyyəsinin üzərində ticarət olunur.
Dünən "Eurostat"-ın yaydığı məlumata əsasən, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi may ayında illik ifadədə 2.9%, aylıq ifadədə isə 0.6% azalıb. Həmçinin İsveçrədə İstehsal Qiymətləri İndeksi may ayı ilə müqayisədə iyun ayında sıfır dinamika göstərib.
ABŞ fond indeksləri bazar ertəsi korporativ xəbərlər və ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi fonunda artım göstərirlər. Ekspertlərin fikrincə baş vermiş hadisə bazarların canlanmasına vasitə olub. "Dow Jones" sənaye indeksi 0.56% artaraq 40226.81 bəndədək, "NASDAQ" yüksək texnologiya indeksi 0.96% artaraq 18574.89 bəndədək, "S&P 500" geniş bazar indeksi isə 0.7% artaraq 5653.19 bəndədək yüksəlib.
Bugün açıqlanacaq bir sıra göstərici bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Belə ki, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın Ticarət Departamenti press-relizində iyun ayı üzrə pərakəndə satışların həcminə dair rəqəmləri dərc edəcək. Analitiklərin fikrincə göstərici əvvəlki ayın səviyyəsində qalıb.
Həmçinin "Eurostat" Avrozonanın ticarət balansı ilə bağlı məlumatları açıqlayacaq. Analitiklər hesab edirlər ki, may ayında ölkə profisiti bir ay əvvəlki 15 milyard avro ilə müqayisədə 17.1 milyard avroya qədər artıb.
Eyni zamanda, Avropa İqtisadi Araşdırmalar Mərkəzi (Zentrum fuer Europaeische Wirtschaftsforschung, ZEW) Almaniya və Avrozonaya dair göstəriciləri dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkəti tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10