Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən ABŞ Federal Ehtiyatlar Sistemi (FED) ölkədəki iqtisadi vəziyyətə dair şərhlərinin yer aldığı "Bej Kitab"-ı dərc edib. Hesabatda qeyd olunur ki, may-iyun aylarında Amerikada iqtisadi aktivlik cüzi və ya orta templə artıb. Ölkədəki vəziyyətlə bağlı qeyri-müəyyənlik səbəbindən isə ilin ikinci yarısında iqtisadi artımın yavaşlaması gözlənilir.
"Hesabat dövründə əksər əyalətlərdə iqtisadi fəallıq cüzi və ya orta artım tempini qoruyuub. Bununla belə, yeddi regionda aktivliyin müəyyən qədər artdığı bildirilsə də, beş regionda aktivliyin üfüqi və ya eniş tendensiyasında olduğu bildirilir... Qarşıdan gələn seçkilərlə bağlı qeyri-müəyyənlik, daxili siyasət, geosiyasi münaqişələr və inflyasiya səbəbindən iqtisadiyyatın gələcəyi ilə bağlı gözləntilər növbəti altı ayda daha yavaş artımla əlaqələndirilir." - deyə sənəddə bildirilir.
Əksər regionlarda hesabat dövründə ev təsərrüfatlarının xərclərində dəyişiklik az olub. Avtomobil satışları regionlara görə dəyişir, bəzilərində göstəricidə azalma müşahidə olunub. Ölkənin daşınmaz əmlak sektorunda yalnız kiçik dəyişikliklər olub. İstehsal sektorundakı tendensiyalar regionlara görə dəyişir: həm kəskin azalmalar, həm də mülayim artımlar haqqında məlumat verilir.
Qızılın dəyəri artım tendensiyasını davam etdirir. Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyatlar Sistemi sentyabr ayında faiz dərəcəsini azaltmağa qərar verərsə, dəyərli metalın qiyməti 2600$-2700$ səviyyəsinə çata bilər.
Bu həftənin əvvəlindən etibarən Nyu-York "Comex" birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti çərşənbə axşamı günü təxminən 2% artıb. Bu nəticə fonunda mayın sonunda müəyyən edilmiş tarixi maksimum qırılıb. Çərşənbə günü rekord yeniləndi və qızılın bir troy unsiyası üçün dəyəri 2488.35$ təşkil etdi.
Bugün investorların diqqət mərkəzində olacaq əsas hadisə Avropa Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı olacaq. Ekspertlər tənzimləyici qurumun uçot dərəcəsini 4.25% səviyyəsində saxlayacağını proqnozlaşdırırlar. Qeyd etmək lazımdır ki, AMB-nin toplantısı Bakı vaxtı ilə saat 16:15-də baş tutacaq. 
Həmçinin Birləşmiş Krallıqda dərc olunacaq İşsizlik Səviyyəsi və əhalinin gəlirlərinə dair göstəricilər, eləcə də, ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Filadelfiya FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçıları tərəfindən maraqla gözlənilir.
Məlumat Invest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 18 iyul 2024

Oxşar xəbərlər

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler dollar manat kursu en son xeberler valyuta xeberleri avtomobil xeberleri