Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü Avrozonada və ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində səhər saatlarında dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. Lakin, dolların Yapon yeni qarşısında məzənnəsində kəskin ucuzlaşma müşahidə olunur. Belə ki, USDJPY valyuta cütlüyü son bir neçə saat ərzində 155.860 həddindən 154.360 həddinə kimi ucuzlaşıb və hal-hazırda 154.770 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.02% geriləyərək 104.43 bənd təşkil edib.
Qeyd etmək lazımdır ki, dolların dəyərinə ABŞ-dan gələn statistik məlumatlar təsir edə bilər. Gün ərzində ABŞ-ın Ticarət Departamentinin Siyahıyaalma Bürosu iyun ayında Yeni Mənzil Satışlarının Həcminə dair rəqəmləri açıqlayacaq. Proqnozlara əsasən, iyun ayında yeni mənzillərin satışı 619 mindən 639 minə qədər yüksəlib.
Bugün "GfK" tədqiqat şirkəti Almaniya iqtisadiyyatına İstehlakçı İnamı İndeksini dərc edəcək. Analitiklər proqnozlaşdırırlar ki, avqust ayında müvafiq indeks iyulda -21.8 bənddən -21.1 bəndə qədər geriləyə bilər.
Həmçinin gün ərzində Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq Kompozit, Sənaye Sektorunda və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Ekspertlər ABŞ-ın sənaye sektorunda PMI-ın 51.6 bənd səviyyəsindən 51.7 bənd səviyyəsinə qədər artacağını ehtimal edirlər.
Həmçinin analitiklər ehtimal edirlər ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) iyulun 19-da başa çatan həftə ərzində 0.7 milyon barrel artaraq 440.9 milyon barrelə çatıb. Müvafiq məlumatlar çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da ölkənin Energetika Nazirliyinin Enerji İnformasiya Departamentinin həftəlik icmalında dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10