Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞYaponiya Bankı uçot faiz dərəcəsini 0-0.1%-dən 0.25%-ə qədər qaldırdı. Bu barədə tənzimləyici qurumun bəyanatında deyilir. Qeyd etmək lazımdır ki, analitiklər uçot dərəcəsinin dəyişməz olaraq qalacağını proqnozlaşdırmışdılar. Mərkəzi bankın qərarı fonunda USDJPY məzənnəsində kəskin volatillik formalaşıb.
Xatırlamaq lazımdır ki, Yaponiya Mərkəzi Bankı 2007-ci ilin fevral ayında faiz dərəcəsini 0.5%-ə qaldırmış, sonra isə 2008-ci ilin oktyabr ayından başlayaraq onu endirməyə başlamışdı. Eyni zamanda, 2016-cı ilin yanvar ayında tənzimləyici qurum mənfi uçot dərəcəsi (-0.1%) tətbiq etdi. Cari ilin mart ayında Yaponiya Bankı uçot dərəcəsini 0-0.1%-ə qaldırıb ki, bu da son 17 ildə ilk artım olmuşdur. Beləliklə, tənzimləyici qurum cari il ərzində artıq ikinci dəfədir ki, uçot dərəcəsini artırır.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞİclasda həmçinin ölkənin maliyyə sisteminin yaxşılaşdırılmasına xidmət etməli olan dövlət istiqrazlarının alışının azaldılması barədə qərar qəbul edilib. Mərkəzi bank 2026-cı ilin yanvar-mart aylarında dövlət istiqrazlarının aylıq alış həcmini təxminən 3 trilyon yen və ya hər təqvim rübündə təxminən 400 milyard yen səviyyəsinə qədər endirmək qərarına gəlib.
Dünən Almaniyada və Avrozonada ÜDM göstəriciləri dərc olunub. Verilən məlumatlara əsasən, 2024-cü ilin ikinci rübündə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın ÜDM-i, mövsümi düzəlişlər nəzərə alınmaqla, illik ifadədə 0.1% azalıb, Avrozonanın 20 ölkəsinin ümumi ÜDM-i isə illik ifadədə 0.6%, rüblük ifadədə isə 0.3% artıb. Həmçinin Almaniyada iyul ayında illik inflyasiya ötən ay ilə müqayisədə 2.2%-dən 2.3%-ə qədər artıb.
"Conference Board" analitik şirkətinin məlumatına əsasən, ABŞ-ın İstehlakçı İnamı İndeksi iyun ayı üzrə yenilənmiş nəticələr ilə müqayisədə iyul ayında 97.8 bənddən 100.3 bəndədək yüksəlib. Əlavə olaraq iyun ayında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) aylıq ifadədə 46 min azalaraq 8.184 milyona enib. Analitiklər göstəricinin 8.020 milyon səviyyəsində olacağını proqnozlaşdırmışdılar.
Ekspertlərin fikrincə, dörd illik səlahiyyət müddətinin sonunda ABŞ prezidenti Co Bayden bütün Amerika liderləri arasında dövlət borcunun artırılması üzrə rekordçu ola bilər - borc maksimum məbləğdə, 8.6 trilyon dollar həcmində artaraq 36.3 trilyon dollar səviyyəsinə çata bilər. Baydenin dövründə ABŞ-ın dövlət borcu iyulun sonunda ilk dəfə olaraq 7.3 trilyon dollar artaraq 35 trilyon dollar həddini keçib.
Bugün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Analitiklər göstəricinin 5.5% səviyyəsində qalacağını proqnoz edirlər. Həmçinin Avrozonada dərc olunacaq inflyasiya xəbərləri və ABŞ-da "Automatic Data Processing" (ADP) analitik şirkəti tərəfindən açıqlanan ölkənin özəl sektorunda yeni yaranan iş yerlərinin sayı göstəricisi investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 31 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya