Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin (FED) toplantı protokollarının dərc olunması ərəfəsində dolların major valyutalar qarşısında mövqeləri möhkəmləndi. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.03% artaraq 101.47 bənd təşkil edir. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.1118, 1.3023 və 145.600 səviyyələrində ticarət olunurlar.
İnvestorlar çərşənbə günü dərc olunacaq FED-in son iclasının protokollarını diqqətlə izləyəcəklər. Həmçinin 17-18 sentyabr tarixlərində növbəti toplantının keçirilməsi planlaşdırılır. Verilən məlumatlara əsasən, analitiklərin 67.5%-i tənzimləyici qurumun uçot faiz dərəcəsini 5-5.25%-ə endirəcəyini proqnoz edirlər.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞTreyderlər, eləcə də, ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin bu həftə Vayominqdə mərkəzi bank rəhbərlərinin "Jackson Hole" Simpoziumunda çıxışını maraqla gözləyirlər. Ekspertlər tənzimləyici qurumun monetar siyasətinin gələcək istiqaməti haqqında ipucu əldə etməyə ümid edirlər.
Ötən gün açıqlanan məlumatlara əsasən, Avrozonada illik inflyasiya iyun ayı ilə müqayisədə iyul ayında 2.5%-dən 2.6%-ə qədər yüksəlib. 
Bugün ABŞ-da neft ehtiyatları ilə bağlı göstəricilər dərc olunacaq. Analitiklər hesab edirlər ki, Amerikada kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) avqustun 16-da bitən həftədə 2.8 milyon barrel azalaraq 427.9 milyona qədər enib. Müvafiq məlumatlar çərşənbə günü, avqustun 21-də, Bakı vaxtı ilə saat 18:30-da ölkənin Energetika Nazirliyinin Enerji İnformasiya Departamentinin həftəlik icmalında dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 21 avqust 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya