Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) dünən dərc olunan son toplantısının protokollarına əsasən, cari iqtisadi şərait tənzimləyici qurumun sentyabr ayında uçot faiz dərəcəsini aşağı salmasının məqsədəuyğun olduğunu göstərir.
"Böyük əksəriyyət qeyd etdi ki, məlumatlar proqnoz olunduğu kimi gəlməyə davam edərsə, növbəti görüşdə monetar siyasətin yumşaldılması çox güman ki, məqsədəuyğun olacaq", - protokolda qeyd olunub.
Bundan əlavə, tənzimləyici qurumun Federal Açıq Bazar Komitəsinin iclasının bəzi iştirakçıları son "inflyasiyada olan irəliləyiş" və işsizlik səviyyəsində artımın iyul iclasından sonra faiz dərəcəsinin azaldılması lehinə inandırıcı faktlar təqdim etdiyini bildirdilər. Həmçinin, əlavə olunub ki, monetar siyasətin çox gec və ya çox az yumşaldılması iqtisadi fəallığın və ya məşğulluğun əsassız azalmasına səbəb ola bilər.
İstehlak qiymətləri ilə bağlı son məlumatlar toplantı iştirakçılarının inflyasiyanın davamlı olaraq 2%-ə doğru irəlilədiyinə inamlarını gücləndirib. Demək olar ki, bütün iştirakçılar qeyd etdilər ki, son zamanlar qiymət artımının yavaşlamasına səbəb olan amillər, ehtimal ki, qarşıdakı aylarda da təzyiq göstərməkdə davam edəcək.
FOMC-un toplantı protokollarının dərc olunması fonunda dollar major valyutarla qarşısında bir qədər bahalaşıb. Bugün isə investorlar Vayominqdə "Jackson Hole" Simpoziumunu və FED sədri Cerom Pavelin orada baş tutacaq çıxışını maraqla gözləyirlər.
Eləcə də, gün ərzində Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da Biznes Aktivliyi İndeksi göstəriciləri açıqlanacaq. Yaponiyanın xidmət sektorunda PMI göstəricisi isə 53.7 bənd səviyyəsindən 54 bənd səviyyəsinə qədər yüksəlib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları