Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da inflyasiyaya dair göstəricilərin dərc olunması ərəfəsində, dollara olan təzyiq artıb və o, major valyutalar qarşısında ucuzlaşıb.
Belə ki, ötən gün ərzində 1.1015 həddinə qədər ucuzlaşan EUR/USD cütlüyü, artım sərgiləyib və hal-hazırda 1.1047 həddində ticarət olunur. GBP/USD cütlüyündə də eyni mənzərənin şahidi oluruq. Məzənnə 1.3049 səviyyəsini test etdikdən sonra bahalaşmağa başlayıb və hal-hazırda 1.3100 səviyyəsində qərarlaşıb. USD/JPY cütlüyü isə 143.700 həddindən 140.870 həddinə qədər kəskin ucuzlaşıb.
Dünən Almaniyanın Federal Statistika Bürosu (Destatis), yekun hesablamaya görə, avqustun sonunda Almaniyada illik inflyasiyanın əvvəlki ay ilə müqayisədə 2.3%-dən 1.9%-ə qədər endiyini bildirib. Ölkədə aylıq ifadədə istehlak qiymətləri 0.1% azalıb və proqnozları təkrarlayıb.
Böyük Britaniyada işsizlik səviyyəsi aprel-iyun ayları ilə müqayisədə may-iyul aylarında 4.2% səviyyəsindən 4.1% səviyyəsinə qədər enib. Həmçinin, Birləşmiş Krallığda may-iyul aylarında ortalama əmək haqqının illik artımı bonuslar da daxil olmaqla 4%, bonuslar daxil olmadan 5.1% təşkil edib. Analitiklərin proqnozu 5.4% olub.
Bugün isə Böyük Britaniyada ölkə ÜDM-i, Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri aşıqlanacaq. Ekspertlərin proqnozlarına əsasən, ölkədə sənaye istehsalı 0.3%, ÜDM isə 0.2% artıb.
Çərşənbə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisədir. Analitiklərin proqnozlarına əsasən, avqust ayında illik inflyasiya 2.5%, aylıq isə 0.2% təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10