Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ(®) Dünən Avropa Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsini endirməsi fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı.
Həmçinin, qızılın qiyməti tarixi maksimumu yeniləyib. EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.1005 həddindən 1.1089 həddinə qədər bahalaşıb. Eyni qaydada, GBP/USD cütlüyündə də müvafiq dövr ərzində qiymət 1.3032 həddindən 1.3150 həddinə qədər kəskin artım sərgiləyib. USD/JPY cütlüyü 140.650 səviyyəsinə qədər ucuzlaşıb. 
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün Avropa Mərkəzi Bankının (AMB) yaydığı bəyanatdə qeyd olunub ki, cümə axşamı günü keçirilən toplantıda tənzimləyici qurum uçot faiz dərəcəsini illik 4.25%-dən 3.65%-ə qədər endirib. Tənzimləyici qurumun qəbul etdiyi qərar analitiklərin proqnozu ilə üst-üstə düşüb. Həmçinin, qeyd olunub ki, faiz dərəcələri depozit xətti üzrə 3.5%, yenidən maliyyələşdirmə əməliyyatları üzrə 3.65%, marjınal kreditləşmə üzrə isə 3.90% təşkil edəcək.
AMB-nin verdiyi qərar və dolların ucuzlaşması fonunda qızılın qiyməti dəstək alaraq dünən 1%-dən çox bahalaşıb və yeni rekord səviyyəyə çatıb. Hal-hazırda dəyərli metal 2568$ həddində ticarət olunur.
İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin gözlənilən monetar siyasətinin yumşaldılması ilə bağlı əlavə ipucu əldə etmək üçün ölkə üzrə dərc olunan statistik məlumatları diqqətlə izləyirlər. Qeyd etmək lazımdır ki, tənzimləyici qurumun uçot dərəcəsini aşağı salması ehtimalları dolları zəiflədir və bununla da qızıl qiymətlərini dəstəkləyir. 
Eləcə də, dünən ABŞ-da sentyabrın 7-də sona çatan həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı açıqlanıb. Göstərici 2 min artaraq 230 min təşkil edib. Həmçinin, avqust ayında İstehsal Qiymətləri İndeksi (PPI) 0.2% təşkil edib.
Bugün Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi və ABŞ-da açıqlanacaq İdxal və İxrac İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 13 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank