Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin press-relizinə görə, sentyabr iclasının nəticələrinə əsasən çərşənbə günü FED 2020-ci ildən bəri ilk dəfə olaraq faiz dərəcəsini 50 baza bəndi azaldaraq illik 4.75-5%-ə endirib. Qeyd etmək lazımdır ki, ekspertlər tənzimləyici qurumun uçot dərəcəsini illik 5-5.25%-ə qədər azaldacağını proqnozlaşdırmışdılar. 
FED ötən ilin iyul ayında faiz dərəcəsini illik 5.25-5.5%-ə qaldırmışdı. Növbəti səkkiz iclasda tənzimləyici qurum uçot dərəcəsini olduğu səviyyədə saxlayıb. Federal Ehtiyatlar Sisteminin Federal Açıq Bazar Komitəsi inflyasiya ilə bağlı irəliləyişlər və risk balansını nəzərə alaraq, faiz dərəcələrini azaltmaq qərarına gəldiklərini bildirdi. Həmçinin, qeyd olunub ki, iqtisadi fəallıq yüksək templə genişlənməkdə davam edir. İş yerlərinin artım tempi yavaşlayıb və işsizlik səviyyəsi artıb. İnflyasiya isə Komitənin 2%-lik hədəfinə doğru irəliləyib, lakin, bir qədər yüksək olaraq qalır.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞFED-in faiz qərarı fonunda ötən gün əsas valyuta cütlüklərində və qızılın qiymətində yüksək volatillik müşahidə olunub. Belə ki, EUR/USD cütlüyü 1.1188 həddini test etdikdən sonra, bir neçə saat ərzində 1.1068 həddinə qədər ucuzlaşıb. Hal-hazırda avro/dollar məzənnəsi bahalaşaraq 1.1128 səviyyəsində ticarət olunur. USD/JPY cütlüyü 143.940 səviyyəsini test etdi. Bugün səhər saatlarında bir qədər ucuzlaşan məzənnə 142.800 səviyyəsində qərarlaşıb. 
Qızılın qiyməti FED-in iclasının nəticələrinin dərc olunmaasından sonra yeni tarixi rekorda çatıb. Dəyərli metalın spot qiyməti 2600$ səviyyəsini test edib. Bundan sonra ucuzlaşmağa başlayan dəyərli metal 2547$ səviyyəsinə qədər geriləyib, lakin, öz mövqelərini bir qədər bərpa edərək 2568$ səviyyəsinə qədər yüksəlib. Qeyd etmək lazımdır ki, 2024-cü ilin əvvəlindən bəri qızılın qiyməti 20%-dən çox bahalaşıb.
Dünən "Eurostat"-ın verdiyi məlumata əsasən, Avrozonada avqust ayında illik inflyasiya əvvəlki ay ilə müqayisədə 2.6%-dən 2.2%-ə qədər enib və 2021-ci ilin iyul ayından bəri ən aşağı səviyyədə qərarlaşıb. Əlavə olaraq, avqustun sonunda Böyük Britaniyada illik inflyasiya bir ay əvvəl olduğu kimi, 2.2% təşkil edib. ABŞ-da yeni tikilən evlərin sayı isə iyul ayı ilə müqayisədə avqust ayında 9.6% artaraq 1.356 milyon təşkil edib. 
Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da İngiltərə Bankının faiz qərarı açıqlanacaq. Analitiklərin fikrincə, cümə axşamı keçiriləcək iclasda tənzimləyici qurum faiz dərəcəsini illik 5% səviyyəsində saxlayacaq. 
Həmçinin, ABŞ-ın Əmək Departamenti sentyabrın 14-də bitən həftə üzrə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı barədə məlumatları dərc edəcək. Analitiklər göstəricinin dəyişmədiyini və 230 min səviyyəsində qaldığını ehtimal edirlər. Bakı vaxtı ilə saat 18:00-da isə Milli Rieltorlar Assosiasiyası (NAR) ABŞ-ın təkrar mənzil bazarında ev alqı-satqı əməliyyatlarının sayı barədə hesabat dərc edəcək. Mütəxəssislər proqnoz edirlər ki, avqust ayında göstərici 3.95 milyondan 3.9 milyona qədər enib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 19 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank