Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı günü ABŞ-da "CB" İstehlakçıların İnam İndeksinin proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam etdi.
EUR/USD cütlüyü 1.1198 həddini test edib. Son dəfə avro/dollar məzənnəsi 20 iyul 2023-cü il tarixində qeyd olunan həddə qədər bahalaşmışdı. Qızıl isə dolların ucuzlaşması ilə 2670$-a qədər bahalaşıb və növbəti dəfə tarixi maksimumunu yeniləyib. Lakin, daha sonra bir qədər ucuzlaşaraq 2660$ səviyyəsində ticarət olunur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünən "Conference Board" analitik şirkəti ABŞ-da İstehlakçıların İnam İndeksinin avqust ayı ilə müqayisədə sentyabr ayında 105.6 bənd səviyyəsindən 98.7 bənd səviyyəsinədək zəiflədiyini bildirdi. Analitiklər göstəricinin ötən ayın 103.3 bənd səviyyəsindən 103.9 bəndədək artacağını proqnozlaşdırmışdılar.
Neftin qiyməti ötən gün 74.15$ səviyyəsindən 76$ səviyyəsinə qədər kəskin bahalaşdıqdan sonra, bugün 75.2$ həddinə qədər ucuzlaşıb. Dünən verilən məlumatlara əsasən, "OPEC"-in illik icmalında qlobal enerji tələbinin 2050-ci ilə qədər gündəlik neft ekvivalentində 374.1 milyon barrelə çatacağı və 2023-cü illə müqayisədə 24% çox olacağı qeyd olunub. Bu, təşkilatın 21-ci əsrin ortalarına qədər dünyada enerji istehlakı üzrə analitiklərinin ilk qiymətləndirməsidir. Əvvəllər "OPEC" bu göstərici ilə bağlı 2045-ci ilə qədər proqnozlarını açıqlamışdı.
Çərşənbə axşamı Amerika fond indeksləri yüksəldilər, "S&P 500" indeksi isə ardıcıl ikinci sessiya üçün bütün tarixi maksimum səviyyəsini yenilədi. Qlobal bazarlara çərşənbə axşamı Çin hökümətinin əlavə stimullar ilə bağlı xəbərləri dəstək verdilər. Belə ki, Çin Xalq Bankı yeddi günlük əks repo əməliyyatları üzrə faiz dərəcəsini 1.7%-dən 1.5%-ə qədər endirib, həmçinin banklar üçün ehtiyat normasını azaldıb və daşınmaz əmlak bazarına dəstək tədbirlərini açıqlayıb.
Bugün bazar iştirakçılarının diqqəti ABŞ-da dərc olunacaq daşınmaz əmlak bazarına dair göstəricilərə yönələcək. Belə ki, analitiklərin proqnozlarına əsasən, avqust ayında Amerikada 699 min yeni ev satılıb. Həmçinin, Amerikada kommersiya məqsədli neft ehtiyatlarına dair rəqəmlər açıqlanacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10