Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da daşınmaz əmlak bazarına dair göstəricilərin dərc olunması fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. Lakin, bugün səhər saatlarında bir qədər ucuzlaşaraq, təzyiq altında qalmağa davam etdi. EUR/USD cütlüyü dünən gün ərzində 1.1213 həddini test etdikdən sonra 1.1121 həddinə qədər kəskin ucuzlaşdı. Hal-hazırda avro/dollar məzənnəsi 1.1145 səviyyəsində ticarət olunur.
Bugün İsveçrə Milli Bankının faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Belə ki, mərkəzi bankın uçot dərəcəsini 1.25%-dən 1%-ə qədər endirməsi proqnozlaşdırılır. Ötən gün ərzində 0.8414 həddindən 0.8506 həddinə kimi kəskin bahalaşan USD/CHF cütlüyü açıqlanacaq xəbər ərəfəsində bir qədər ucuzlaşıb.
ABŞ-ın Ticarət Nazirliyinin verdiyi məlumata əsasən, ölkədə Yeni Mənzil Satışlarının Həcmi iyul ayı ilə müqayisədə avqust ayında 4.7% azalaraq 716 min mənzilə qədər enib. Bu, may ayından bəri ən kəskin azalma olub. Analitiklər göstəricinin 699 min mənzilə qədər enəcəyini proqnozlaşdırmışdılar. Eləcə də, avqust ayında tikinti üzrə verilən icazələrin sayı 1.406 milyondan 1.470 milyona qədər artıb. Ekspertlər göstəricinin 1.475 milyon səviyyəsinə qədər artacağını ehtimal etmişdilər.
Amerikada kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4.47 milyon barrel azalaraq 413.04 milyon barrelə qədər enib. Bu barədə ölkənin Enerji Departamentinin həftəlik hesabatında məlumat verilib. Göstəricinin proqnozların üzərində dərc olunması fonunda neftin qiyməti ucuzlaşmağa başlayıb. Belə ki, "Brent" markalı neftin bir barrel üzrə qiyməti 75$ səviyyəsindən 72.9$ səviyyəsinə qədər ucuzlaşıb.
Bugün ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, ölkə ÜDM-i və Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsulların Sifariş Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Həmçinin, Bakı vaxtı ilə saat 17:20-də FED-in sədri Cerom Pavelin və saat 17:30-da AMB-nin sədri Kristin Laqardın çıxışları da bazar iştirakçıları tərəfindən maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10