Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Avrozonada inflyasiyaya dair göstəricilərin azalma ilə dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşıb. Lakin, axşam saatlarında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayına (JOLTS) dair nəticələrin açıqlanmasından sonra EURUSD və GBPUSD valyuta cütlüklərində artım meyillərini görmək olar. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda isə neftin qiyməti bahalaşıb.
"Eurostat"-ın dünən yaydığı məlumata əsasən, Avrozonada istehlak qiymətləri 2024-cü ilin sentyabr ayında illik ifadədə 1.8% artıb. Qeyd edilir ki, 2021-ci ilin iyun ayından bəri ilk dəfə olaraq inflyasiya Avropa Mərkəzi Bankının (AMB) 2%-lik hədəfinin altında qeydə alınıb. Xatırlamaq lazımdır ki, avqustda inflyasiya 2.2% təşkil edib. Həmçinin, Avrozonanın sənaye sektorunda PMI 45.8 bənd səviyyəsindən 45 bənd səviyyəsinə qədər zəifləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi Təchizat İdarəetmə İnstitutunun (İSM) verdiyi məlumata əsasən, avqust ayı ilə müqayisədə sentyabr ayında dəyişməyərək 47.2 bənd təşkil edib. Analitiklər göstəricinin 47.5 bəndədək yüksələcəyini proqnoz etmişdilər. "S&P Global" tərəfindən dərc olunan sənaye sektorunda PMI isə 47.9 bənd səviyyəsindən 47.3 bənd səviyyəsinədək enib. Ekspertlər göstəricinin 47 bəndədək düşəcəyini ehtimal edirdilər.
Əlavə olaraq, ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) son üç ay ərzində ilk dəfədir ki, artıb. Göstərici aylıq ifadədə iyul ayı ilə müqayisədə avqust ayında 7.711 milyondan 8.04 milyona qədər yüksəlib. Analitiklər göstəricinin 7.64 milyona qədər artacağını proqnozlaşdırmışdılar.
Çərşənbə axşamı gecə saatlarında İranın Yaxın Şərqdəki münaqişəyə müdaxiləsi fonunda neft qiymətləri kəskin şəkildə artmağa başlayıb. "Brent" markalı neftin bir barrel üzrə qiyməti 70.60$ səviyyəsindən 76.10$ səviyyəsinə qədər bahalaşıb. Hal-hazırda isə "Brent" 75.40$ səviyyəsində ticarət olunur.
Bugün Avrozonada açıqlanacaq İşsizlik Səviyyəsi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, "Automatic Data Processing" (ADP) analitik şirkəti tərəfindən ABŞ-ın özəl şirkətlərində yeni yaranan iş yerlərinin sayı isə bağlı nəticələr də maraqla gözlənilir.
Məlumat İnvest-Az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
Bill Qeyts kimdir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Digital Card nədir?
Dünyanın ən bahalı restoranları
İKEA şirkətinin tarixi