Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dolların major valyutalar qarşısında təzyiqi dünən də davam edib. EUR/USD valyuta cütlüyü gün ərzində 1.1048 həddindən 1.1007 həddinə kimi ucuzlaşıb. Lakin, bugün səhər saatlarında avro/dollar məzənnəsi 1.1029 qədər bahalaşıb. GBP/USD cütlüyündə də eniş tendensiyası davam edir. Dünən cütlük bir neçə saat ərzində 1.3272 səviyyəsindən 1.3092 səviyyəsinə qədər kəskin şəkildə enib.
Cümə axşamı günü ABŞ-ın Əmək Nazirliyinin dərc etdiyi hesabata əsasən, sentyabrın 28-i bitən həftə üzrə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 6 min nəfər artaraq 225 minə çatıb. Yenilənmiş məlumatlara görə, ötən həftənin nəticələri daha öncə qeyd olunduğu kimi 218 min yox, 219 min təşkil edib. Həmçinin, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi 55.7 bənd səviyyəsindən 55.2 bənd səviyyəsinə qədər geriləyib.
Əlavə olaraq, ötən gün Yaponiya, Almaniya, Avrozona və Böyük Britaniyanın xidmət sektorlarında PMI göstəriləciləri açıqlanıb. Belə ki, iqtisadi aktivlik indeksi Yaponiyada 53.7 bənddən 53.1 bəndədək, Almaniyada 51.2 bənddən 50.6 bəndədək, Avrozonada 52.9 bənd səviyyəsindən 51.4 bənd səviyyəsinə qədər, Birləşmiş Krallıqda isə 53.7 bənddən 52.4 bəndədək zəifləyib.
Türkiyədə isə istehlak qiymətləri 2024-cü ilin sentyabr ayında illik müqayisədə 49.4% artıb. Avqust ayında qiymət artımı 52%-dən aşağı düşdü və 2023-cü ilin iyul ayından bəri ən aşağı göstəricini sərgilədi. Qeyd etmək lazımdır ki, inflyasiya dördüncü aydır ki, zəifləyir.
Bugün bazar iştirakçıları ABŞ-da dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) haqqında nəticələri diqqətlə izləyəcəklər. Əlavə olaraq, ölkədə İşsizlik Səviyyəsi və Orta Saatlıq Əmək Haqları göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10