Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-da açıqlanan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında ucuzlaşdı. Qızıl yeni tarixi rekorda qədər bahalaşıb, neftin qiyməti isə ucuzlaşmaqda davam edir. "Bincoin"-in qiyməti də tarixi maksimum səviyyəsinə yaxınlaşır.
EUR/USD valyuta cütlüyü ötən gün əzrində 1.0826 səviyyəsindən 1.0768 səviyyəsinə qədər ucuzlaşsa da, gün sonuna doğru bahalaşıb və hal-hazırda 1.0815 səviyyəsində ticarət olunur. GBP/USD cütlüyü eyni dövr ərzində 1.3020 həddinə qədər bahalaşdı, lakin, bugün səhər saatlarında öz mövqelərindən bir qədər itirərək 1.3000 səviyyəsinə qədər endi. USD/JPY cütlüyü isə 153.000 həddinin üzərində möhkəmlənməyə çalışır.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞQızılın qiyməti bugün tarixi rekordunu yenilədi. Dəyərli metal 2782$ səviyyəsinə qədər bahalaşdı. Çərşənbə axşamı günü "Brent" markalı neftin bir barrel üçün qiyməti 70.70$ səviyyəsinə qədər ucuzlaşıb. Hal-hazırda isə 71.60$ səviyyəsində ticarət olunur. Oktyabrın 29-na keçən gecə "Bitcoin" məzənnəsi 70000$-a çataraq yayın əvvəlindən yeni maksimuma çatdı. Günün sonuna doğru isə 73600$ səviyyəsinin üzərində ticarət edilirdi. Xatırlamaq lazımdır ki, 14 mart 2024-cü ildə kapitallaşmaya görə ən böyük kriptovalyutanın qiyməti tarixi maksimuma çataraq 73777$-a çatmışdı.
Dünən ABŞ-da "Conference Board" analitik şirkəti tərəfindən ölkədə İstehlakçıların İnam İndeksi dərc olunub. Verilən məlumata əsasən, göstərici proqnozları üstələyərək 99.2 bənd səviyyəsindən 108.7 bənd səviyyəsinə qədər yüksəlib. Həmçinin, ölkədə "JOLTS" Boş İşyerləri və Vakansiyalar Hesabatı dərc olunub. Qeyd olunur ki, ölkənin əmək bazarında açıq vakansiyaların sayı 7.861 milyondan 7.443 milyona qədər azalıb. ABŞ-ın ticarət saldosunun kəsiri isə avqust ayı ilə müqayisədə sentyabr ayında 14.1 milyard dollar artaraq 108.23 milyard dollara çatıb.
Bugün Almaniyada dərc olunacaq əsas iqtisadi indikatorlar investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Belə ki, Bakı vaxtı ilə saat 13:00-da ÜDM və İşsizlik Səviyyəsi, saat 17:00-da isə İstehlak Qiymətləri İndeksi açıqlanacaq. Eləcə də, Avrozonada illik və rüblük ifadədə ÜDM göstəriciləri dərc olunacaq. Bakı vaxtı ilə saat 16:15-də isə ABŞ-da "Automatic Data Processing" (ADP) analitik şirkəti tərəfindən ölkədə Özəl Sektorda Yeni Yaranan İşyerlərinin Sayı açıqlanacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 30 oktyabr 2024

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler bitkoin qiymeti 1000 manatla biznes bank faizleri valyuta mezennesi