Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ16 iyul 2025-ci il tarixində dünya iqtisadiyyatı, öncəki gün açıqlanan ABŞ və Böyük Britaniyaya dair inflyasiya göstəriciləri, FED ətrafında baş verən siyasi gərginlik və enerji bazarlarında müşahidə edilən volatil tendensiyalar fonunda yüksək dinamiklik nümayiş etdirdi. Əldə edilən rəsmi statistika və siyasi siqnallar investor davranışlarına ciddi təsir göstərdi.
ABŞ: PPI Göstəriciləri və Tramp-FED Gərginliyi
15 iyul tarixində ABŞ-da açıqlanan İstehsal Qiymətləri İndeksi (PPİ) və İstehsal Qiymətlərinin Baza İndeksi (Core PPI) göstəricilərinin aylıq əsasda 0.0% açıqlanması tariflə əlaqədar inflyasiya təzyiqində yumşalma siqnalı verərək USD-nin bir qədər güclənməsinə səbəb oldu.
Eyni gün, mediaya sızan məlumatlara görə, Donald Tramp və FED sədri Cerom Pauell arasında FED-in Vaşinqtondakı əsas binasının təmirinə ayrılan büdcə səbəbilə ciddi fikir ayrılığı yaşanıb. Trampın bu təmir layihəsini "büdcə israfı" adlandırması və FED rəhbərliyini "real iqtisadi problemlərdən yayınmaqda" ittiham etməsi, siyasi dairələrdə və bazarlarda müəyyən narahatlığa səbəb oldu.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBirləşmiş Krallıq: CPI Göstəriciləri və Funt sterlinqdən Sərt Reaksiyası
İngiltərədə dünən dərc olunan İstehlak Qiymətləri İndeksi (CPI) göstəricisi aylıq 0.3%, illik isə 3.6% səviyyəsində oldu. Proqnozların üzərində açıqlanan inflyasiya rəqəmləri fonunda GBPUSD qısa müddət yüksəldi.  BoE-nin avqust ayında faiz endirimini təxirə sala biləcəyinə dair ehtimallar GBP-yə təzyiq etdi və GBPUSD məzənnəsi ucuzlaşaraq 1.34000–1.33800 aralığında sabitləşdi.
Neft və Qızıl: Volatil Həftə
Brent markalı neftin qiyməti 69-70 dollar aralığında dayanıqlılıq göstərdi. Liviya və Nigeriyada hasilatla bağlı texniki fasilələrin olması qiymətləri dəstəkləsə də, Çində iqtisadi yavaşlama siqnalları tələblə bağlı narahatlıqları artırır.
Qızılın unsiya dəyəri isə 3350-3365 USD aralığında dalğalandı. İnflyasiya göstəricilərinin hələ də FED-in faiz endiriminə getmək üçün tam əsas vermədiyini düşünən investorlar ehtiyatlı davranır. FED ətrafındakı siyasi qeyri-müəyyənlik isə qızılı riskdən qaçma vasitəsi kimi bir qədər də gücləndirdi.
Səhm Bazarları: Gözləntilərlə Formalaşan Reaksiyalar
"S&P 500" 0.35% dəyər itirdi, lakin texnologiya sektoru nisbi dayanıqlılıq nümayiş etdirdi.
"FTSE 100" 0.8% azalaraq CPI göstəricisinin funt sterlinqə təsirindən mənfi nəticə aldı.
"Nikkei 225" isə Yaponiyanın maliyyə siyasətində sabitlik səbəbilə 0.6% artım göstərdi.
Bu gün Avrozonada açıqlanacaq CPİ göstəriciləri və İngiltərədə dərc olunacaq əmək bazarına dair hesabatlar investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Amerikada yayımlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Pərakəndə Satış Dövriyyəsinin Həcmi, İxrac Qiymət İndeksi, İdxal Qiymət İndeksi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi statistik rəqəmlər dünya maliyyə bazarlarında ciddi volatilliyə səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazılanıb. / marja.az

Maliyyə     Tarix: 17 iyul 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq