Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞAvropa Mərkəzi Bankının (ECB) cümə axşamı faiz dərəcəsi ilə bağlı qərarı ərəfəsində bu gün beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşır.
EUR/USD valyuta cütlüyü 1.17100 səviyyəsindən 1.17800 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü eyni müddət ərzində 1.35140 həddindən 1.35880 həddinə kimi artıb. Dolların zəifləməsinə baxmayaraq, qızıl dəyər itirib. Qiymətli metal 3439$ səviyyəsinə qədər yüksəldikdən sonra 3370$ səviyyəsinə kimi kəskin geriləyib. 
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ prezidenti Donald Tramp bir gün əvvəl bəyan edib ki, Yaponiya ticarət sazişi çərçivəsində Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya edəcək. Bundan əlavə, ABŞ Yaponiyaya avtomobil, həmçinin düyü və digər kənd təsərrüfatı məhsulları ixrac etməyə başlayacaq. Yaponiyadan idxal olunan mallara isə Amerikada 15% həcmində tarif tətbiq olunacaq.
Yaponiya ilə əldə olunan razılaşma, ABŞ-ın 1 avqust üçün müəyyən edilmiş tarif tətbiqi son tarixindən əvvəl digər ticarət tərəfdaşları ilə də razılığa gələ biləcəyi ümidlərini artırır.
"Financial Times" qəzeti çərşənbə günü bildirib ki, Brüssel və Vaşinqton da ticarət sazişi bağlamağa yaxındırlar. Bu sazişə əsasən, Avropadan ABŞ-a idxal olunan mallara tariflər 15% təşkil edəcək. Müzakirə olunan şərtlərə hər iki tərəfin bir sıra mallara, o cümlədən təyyarələrə, alkoqollu içkilərə və tibbi avadanlıqlara tətbiq olunan tariflərdən imtina etməsi daxildir.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da təkrar mənzil bazarında satışlar iyun ayında əvvəlki ayla müqayisədə 2.7% azalaraq illik hesablama ilə 3.93 milyon evə qədər enib. May ayı üzrə göstərici əvvəl açıqlanan 4.03 milyon evdən 4.04 milyon evə qədər yenilənib. Ötən ilin iyun ayı ilə müqayisədə isə təkrar mənzil satışlarında dəyişiklik olmayıb.
Bu gün Bakı vaxtı ilə saat 16:15-də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Həmçinin, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçıları tərəfindən maraqla izləniləcək. Əlavə olaraq, Almaniyada "GFK" tərəfindən İstehlakçı İnamı İndeksi, ABŞ-da isə Yeni Mənzil Satışlarının Həcmi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 24 iyul 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq