Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarının açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər dəyər itirib. EURUSD valyuta cütlüyü 1.15190 səviyyəsindən 1.15720 səviyyəsinə qədər bahalaşıb. Eyni müddət ərzində USDJPY cütlüyü 148.800 həddindən 147.840 həddinə kimi geriləyib. Qızıl təzyiq altında qalmaqda davam edir, lakin qiymətli metal ötən gün 3307$-dan 3334$-a qədər bahalaşıb. 
Dünən ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bəyanatlarından sonra beynəlxalq birjalarda neftin qiyməti əhəmiyyətli dərəcədə artdı. "Brent" markalı neftin bir barel üçün dəyəri 72.90$-a qədər kəskin şəkildə yüksəldi.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Ötən gün Tramp Rusiyaya Ukrayna münaqişəsini tənzimləmək üçün 10 gün vaxt verdiyini bildirib. Prezident qeyd edib ki, bu müddət bitdikdən sonra ABŞ vəd etdiyi tarifləri və "digər tədbirləri" Rusiyaya qarşı tətbiq edəcək. O həmçinin qeyd edib ki, Rusiyadan bu yeni müddətlə bağlı heç bir cavab almayıb: "Heç bir cavab almadım. Bu, təəssüf doğurur".
ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent isə bildirib ki, Stokholmda Çin nümayəndə heyəti ilə danışıqlar zamanı Pekini Rusiya nefti alacağı təqdirdə qarşılaşa biləcəyi nəticələr barədə xəbərdar edib.
Çərşənbə axşamı Amerikada "Conference Board" tədqiqat şirkətinin yayımladığı hesabata əsasən, ABŞ-da İstehlakçıların İnam İndeksi iyul ayında 95.2 bənd səviyyəsindən 97.2 bənd səviyyəsinədək yüksəlib və analitiklərin 95.9 bəndlik proqnozunu üstələyib. 
Həmçinin, iyun ayında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) 7.712 milyondan 7.437 milyona qədər azalıb. Ekspertlər göstəricinin 7.510 milyon səviyyəsində olacağını proqnozlaşdırmışdılar. Əlavə olaraq, Amerikanın Ticarət Saldosunun kəsiri 96.59 milyard dollardan 85.99 milyard dollara qədər enib.
Bu gün FED tərəfindən açıqlanacaq faiz qərarı ilə yanaşı investorların diqqət mərkəzində Kanada Bankının (BoC) uçot faiz dərəcəsi ilə bağlı toplantısının nəticələri, ADP tərəfindən açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı və Almaniyada, Avrozonada və ABŞ-da dərc olunacaq ÜDM göstəriciləri olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 31 iyul 2025

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə


iqtisadi xeberler biznes xeberleri online pul qazanmaq bitcoin bitkoin