Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini 4.50% səviyyəsində saxladığını açıqladı. Dollar tənzimləyici qurumun qərarı fonunda major valyutalar qarşısında bahalaşmağa davam etdi. EUR/USD valyuta cütlüyü 1.15030 səviyyəsindən 1.14000 səviyyəsinə qədər ucuzlaşdı. Hazırda isə məzənnə bir qədər artım sərgiləyərək 1.14530 səviyyəsində ticarət olunur.
Eyni dövr ərzində GBP/USD cütlüyü 1.33120 həddindən 1.32270 həddinə kimi geriləyib. Qızıl isə FED-in qərarından sonra 3268$-a qədər ucuzlaşsa da, bu gün səhər saatlarında mövqelərini bərpa edib və hazırda qiyməti 3302$ təşkil edir. "Brent" markalı neftin bir barel üçün dəyəri 72.85$-dır. 
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Çərşənbə günü Federal Açıq Bazar Komitəsinin (FOMC) yaydığı məlumata əsasən, FED başa çatan iclasının nəticələrinə əsasən uçot faiz dərəcəsini 4.50% səviyyəsində saxladı. FOMC-un bəyanatında qeyd olunur: "Son statistik məlumatlar göstərir ki, 2025-ci ilin birinci yarısında ABŞ-da iqtisadi fəaliyyətin artım tempi zəifləyib." Həmçinin bildirilir ki, bu statistikaya xarici ticarət göstəricilərindəki kəskin dəyişikliklər təsir göstərir.
Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell bildirib ki, sentyabr iclası ilə bağlı hələ heç bir qərar qəbul olunmayıb. O, qeyd edib ki: "FED qərarları əvvəlcədən vermir". Mərkəzi bank rəhbərinin sözlərinə görə, yaxın zamanda çoxlu iqtisadi göstəricilər açıqlanacaq və əmək bazarında vəziyyətin pisləşməsi riski mövcuddur. Bütün bu amillər onların qərarlarına təsir göstərəcək. Pauell həmçinin bildirib ki, inflyasiya hələ də 2%-lik hədəfdən bir qədər yüksək səviyyədədir.
Eləcə də, ötən gün, ABŞ prezidenti Donald Tramp yarımfabrikat və misdən hazırlanmış məhsulların idxalına 50% gömrük rüsumu tətbiq olunduğunu elan edib. Bu addımın məqsədi belə məhsulların ölkə daxilində istehsalını stimullaşdırmaqdır. Bundan əlavə, dövlət başçısı Cənubi Koreya ilə yeni ticarət sazişi imzaladığını elan edib. Yeni sazişə əsasən, Cənubi Koreyadan ABŞ-a ixrac edilən məhsullara tətbiq ediləcək ümumi tarif 25% əvəzinə 15% müəyyən edilib. Xüsusilə, avtomobillərə tətbiq edilən tariflər də 15%-ə endiriləcək. 
Dərc olunan məlumatlara əsasən, ötən gün Kanada Bankı (BoC) faiz dərəcəsini 2.75% səviyyəsində, Yaponiya Bankı (BoJ) isə 0.50% səviyyəsində saxladı. Həmçinin, "Automatic Data Processing" (ADP) şirkətinin hesabatına əsasən, 2025-ci ilin iyul ayında ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı 104 min artıb.
Əlavə olaraq, ABŞ-ın ÜDM-i 2025-ci ilin ikinci rübündə 3% artıb. Ölkədə ixrac 1.8% azalıb ki, bu da 2023-cü ilin ikinci rübündən bəri ən yüksək mənfi göstəricidir. İdxal isə 30.3% geriləyib. Şəxsi İstehlak Xərcləri üzrə Qiymət İndeksi (PCE) ikinci rübdə əvvəlki üç ayla müqayisədə 2.1% artıb.
Avrozonanın iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0.1% artıb. İllik müqayisədə Avrozonanın ÜDM-i 1.4% artıb. Almaniya iqtisadiyyatı isə 2025-ci ilin ikinci rübündə 0.1% kiçilib. İllik müqayisədə Almaniyanın ÜDM-i (Ümumi Daxili Məhsul) 0.4% artım göstərib.
Bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət yetirdiyi əsas göstəricilər sırasındadır. Həmçinin, Almaniyada və Avrozonada dərc olunacaq İşsizlik Səviyyəsi, Kanadada açıqlanacaq ÜDM və ABŞ-da dərc olunacaq Şəxsi Xərclərin Baza Qiymət İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 31 iyul 2025

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə


iqtisadi xeberler biznes xeberleri online pul qazanmaq bitcoin bitkoin