Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞİngiltərə Bankının (BoE) cümə axşamı faiz dərəcəsini azaltması fonunda funt sterlinq dollar və avro qarşısında bahalaşıb. GBP/USD valyuta cütlüyü mərkəzi bankın qərarından sonra 1.33640 səviyyəsindən 1.34520 səviyyəsinə qədər kəskin bahalaşdı. EUR/GBP cütlüyü isə ötən gün ərzində 0.87430 həddindən 0.86640 həddinə kimi gerilədi. 
ABŞ administrasiyasının iri qızıl külçələrinə idxal rüsumları tətbiq etməsi barədə xəbərlərdən sonra bu gün səhər dəyərli metalın qiyməti 1% bahalaşaraq 3409$-a qədər yüksəlib. Həmçinin, neft həftəni iyunun sonundan bəri qeydə alınan ən böyük enişlə başa vurur. Bu, ABŞ-ın tətbiq etdiyi rüsumların qlobal iqtisadiyyata mümkün təsirləri ilə bağlı investorların narahatlığı ilə əlaqələndirilir. Hazırda "Brent" markalı neftin bir barel üçün qiyməti 66.35$ təşkil edir. 
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
İngiltərə Bankı avqust iclasının yekunlarına əsasən uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4%-ə qədər endirib. Qeyd etmək lazımdır ki, BoE cari il ərzində artıq üçüncü dəfədir ki (hər dəfə 25 baza bəndi olmaqla) faiz dərəcəsini azaldıb. 
Rusiyadan neft idxalına görə Vaşinqtonun Hindistana qarşı əlavə 25%-lik rüsumlar tətbiqi bu həftə bazarın enişini qismən cilovladı. Lakin ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə razılaşma baş verəcəyi halda həmin rüsumların ləğv edilə biləcəyini istisna etməyib.
İnvestorların diqqəti ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünə yönəlib. Tramp cümə axşamı bildirib ki, Ukraynadakı münaqişənin həllinə dair onun təyin etdiyi son tarixlə bağlı qərar Rusiya prezidenti Vladimir Putinin atacağı addımlardan asılı olacaq.
Əlavə olaraq, cümə axşamı "Bloomberg" agentliyi məlumat verib ki, ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin hazırkı üzvü Kristofer Uolleri, Jerom Pauellin 2026-cı ilin mayında başa çatacaq səlahiyyət müddətindən sonra FED sədrliyinə əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Dünən dərc olunan məlumatlara görə ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı 7 min nəfər artaraq 226 min nəfərə çatıb. Həmçinin, ölkədə Əmək Məhsuldarlığı əvvəlki üç ayla müqayisədə 2.4%, Əmək Qüvvəsinin Dəyəri isə 1.6% artıb. Almaniyanın Ticarət Saldosu 14.9 milyard avroya qədər artıb. Ölkənin Sənaye Sektorunda İstehsal Həcmində isə 2024-cü ilin dekabr ayından bəri ən böyük azalma müşahidə olunub.
Bu gün Kanadada açıqlanacaq İşsizlik Səviyyəsi və ABŞ-da dərc olunacaq "Baker Hughes" şirkətinin aktiv neft qurğuları ilə bağlı nəticələri investorların marağına səbəb olacaq hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 09 avqust 2025

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq