Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftə qlobal maliyyə gündəminin mərkəzində İngiltərə Bankının (BoE) faiz qərarı, Avrozonanın iyul ayına dair ilkin inflyasiya göstəriciləri və ABŞ iqtisadiyyatı üzrə qarışıq statistik siqnallar durdu. Valyuta bazarları bu xəbərlərə reaksiya olaraq dəyişkənlik göstərdi, əmtəə bazarlarında isə qızıl yüksəldi.
BoE-dən 25 bəndlik faiz endirimi
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
7 avqustda BoE baza faiz dərəcəsini 25 bənd azaldaraq 4.00%-ə endirdi. Qərar 5/4 kimi dar fərqlə qəbul olundu ki, bu da, Komitə daxilində ehtiyatlı mövqelərin üstün olduğunu göstərdi. Funt sterlinq qərardan sonra gücləndi. GBPUSD həftəni 1.34470 səviyyəsində başa vurdu. 
Avrozona: İyul HICP "flash" 2.0% — sabit avro
1 avqust tarixində "Eurostat"-ın yayımladığı ilkin göstəricilərə əsasən, iyul ayında Avrozonada illik HICP inflyasiyası (Harmonized Index of Consumer Prices -  Harmonizə Olunmuş İstehlak Qiymətləri İndeksiüzrə illik inflyasiya) 2.0% olaraq sabit qaldı. Enerji qiymətləri mənfi zonada qalarkən, xidmətlər və ərzaq qiymətləri mülayim yüksəlişini davam etdirdi. Baza (core) inflyasiya isə təxminən 2.3% səviyyəsində qərarlaşdı.
EUR/USD həftə ərzində 1.15–1.16 zolağında hərəkət etdi və həftəni 1.16400 həddində bağladı. İnflyasiyanın hədəfə yaxın qalması ECB-nin "gözlə və izlə" siyasətini gücləndirdi.
ABŞ: Xidmət sektorunda temp itir, qızıl bahalaşır
Ötən həftə ərzində açıqlanan ISM Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi iyul ayında 50.1-ə enərək zəif genişlənməni göstərdi (iyun: 50.8). Yeni sifarişlər və məşğulluq alt-indekslərində geriləmə qeydə alındı. İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 226 min olub, gözləntiləri bir qədər üstələdi.
Qeyri-kənd təsərrüfatı məhsuldarlığı isə ikinci rübdə +2.4%, vahid əmək xərcləri +1.6% artdı. Bu göstəricilər FED üçün "məlumat yönümlü" siyasətin davam edəcəyini təsdiqlədi.
ABŞ dolları əsas valyutalar qarşısında qarışıq performans göstərdi. Ən diqqətçəkən hərəkət qızıl bazarında oldu — ABŞ-ın qızıl külçələrinə tətbiq ediləcək tarif xəbəri fonunda COMEX dekabr fyuçersləri 3534$ ilə tarixi rekord vurdu, spot bazarda isə qiymət 3397$ ətrafında sabitləşdi.
Yeni həftə ərzində maliyyə bazarlarında diqqətlər əsasən Amerikada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndesi, eləcə də, Avrozonada, Böyük Britaniyada və Yaponiyada dərc olunacaq ÜDM hesabatlarına yönələcək.
Həftə ərzində həmçinin, Avstraliya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, İsveçrədə yayımlanacaq İstehsal Quymətləri İndeksi, İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı və ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi,  İdxal Qiymət İndeksi, İxrac Qiymət İndeksi, Sənaye İstehsalının Həcmi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən maraqla izləniləcək. 
EUR
Ötən həftəni 1.16400 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftəyə də artımla başlayıb. 
Hazırda 1.16700 həddində ticarət olunan məzənnədə "buğalar" qiyməti 1.17000 həddinin üzərinə qaldıra və orada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada açıqlaacaq İstehsal Qiymətləri İndeksi göstəriciləri və Avrozonada ÜDM hesabatı avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.34470  həddində tamamlayan GBPUSD məzənnəsi yeni həftənin əvvəlində də bahalaşır. 
Bu həftə İngiltərədə yayımlanacaq əmək bazarı və ÜDM hesabatları funt sterlinqin dünya birjalarında qiymətlərinə yön verə bilər.
XAU/USD
Dolların ucuzlaşması ilə "güvənli liman" maliyyə aləti kimi qızılın dəyəri bahalaşır. Ötən həftəni 3397$ səviyyəsində başa vuran sarı metalın qiyməti 3400$ həddinin üzərində möhkəmlənərsə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 11 avqust 2025

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq