Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bazarlar, faiz endirimlərinə dair potensial ipucları üçün FED-in "Jackson Hole" simpoziumunu gözləyərkən, Ukraynada sülhün təmin olunması istiqamətindəki prosesləri də yaxından izləyir.
Analitiklər bildirirlər ki, FED sədri Cerom Pavellin 21–23 avqust tarixlərində "Jackson Hole"-da verəcəyi açıqlamalar birjalarda, xüsusilə də qızılın qiymətləri üçün katalizator rolu oynaya bilər.
Bu gün üçün müqavimət səviyyəsi kimi 3345$, dəstək səviyyələri kimi isə 3321$ və 3.300$ hədləri çıxış edirlər. Əgər ilk müqavimət səviyyəsi keçilərsə, 3365$ səviyyəsi növbəti hədəf ola bilər.
Analitiklərin fikrincə qızıl hələ konsolidasiyadadır və yüksəlmək üçün həqiqətən yeni bir katalizatora ehtiyac var.
FED-in növbəti iclasında 25 baza bəndlik faiz endirim ehtimalı bazarda 84% səviyyəsində qiymətləndirilir. Aşağı faizlər isə adətən qızılı gücləndirir.
Qızıl həmçinin, Prezident Donald Trampın Zelenskiy və Putin ilə ayrı-ayrılıqda görüşlərindən sonra ABŞ-ın sülh danışıqlarında Ukraynanın təhlükəsizliyini təmin etməyə kömək edəcəyini söyləməsi ilə geosiyasi qeyri-müəyyənlikdən də dəstək aldı.
Bugün həmçinin, Amerikada açıqlanan tikinti sektoruna dair statistik rəqəmlər və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri də investorların diqqət mərkəzində olacaq.
Çəlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
SMM nə deməkdir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Biznesə aid ən yaxşı 10 kitab
Whatsapp biznesin üstünlükləri nələrdir?