Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən İngiltərə və Avrozonada açıqlanan İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri, regionların inflyasiya trendlərini izləyən iqtisadçılar və bazar iştirakçıları üçün mühüm məlumatlar təqdim etdi.
İngiltərədə illik inflyasiya iyul ayında 3.8% səviyyəsinə yüksəlmişdir ki, bu da, bazar iştirakçılarının gözləntiləri olan 3.7% proqnozlarını aşdı. Bu artımda əsas rol benzin və qida qiymətlərinin əvvəlki ayla müqayisədə yüksəlməsi idi. Aylıq bazda isə CPİ 0.1% artmışdır. İstehlak Qiymərlərinin Baza İndeksi (Core CPİ) isə  2.7% səviyyəsində sabit qaldı ki, bu da, İngiltərə Bankının (BoE) hədəfi olan 2% səviyyəsindən bir qədər yüksəkdir.

Avrozonada isə illik CPİ 2.0% səviyyəsində sabit qaldı və gözləntilərlə tam uyumlu oldu. Manşet inflyasiya aylıq müqayisədə dəyişməz qalaraq 0.0% artım göstərdi. Baza inflyasiya isə illik müqayisədə 2.3% səviyyəsində qalaraq qiymət təzyiqlərinin nəzarət altında olduğunu göstərdi. Bu göstəricilər, Avropa Mərkəzi Bankının (ECB) faiz siyasətinə dair ehtiyatlı və stabilləşdirici tonunu dəstəkləyir.
Dünən FED-in 17–18 iyul 2025-ci il tarixində keçirilmiş son Açıq Bazar Komitəsi (FOMC) toplantısının protokolları dərc olunmuşdur. Protokollarda, Amerika iqtisadiyyatının yavaşlamasına baxmayaraq işsizlik səviyyəsinin sabit qaldığı və inflyasiyanın əsasən hədəf olan 2% səviyyəsinə yaxın olduğu qeyd edilmişdir.
FED nümayəndələri faiz dərəcələrinin cari səviyyədə saxlanılmasının, iqtisadi aktivlikdəki yavaşlamaya qarşı ehtiyatlı siyasət kimi qəbul edilməli olduğunu vurğulamışdır. Eyni zamanda, bəzi nümayəndələr iqtisadiyyatın gözləniləndən daha güclü performans göstərdiyi hallarda faizlərin artırılmasının nəzərdən keçirilə biləcəyini qeyd etmişdir.
Protokollarda həmçinin kredit bazarlarında qeyri-müəyyənliklərin davam etdiyi və qlobal bazarlardakı təzyiqlərin ABŞ maliyyə bazarları üçün risk yaratdığı bildirilmişdir.
İngiltərə və Avrozonada inflyasiya göstəricilərinin proqnozlarla uyğun gəlməsi, valyuta bazarlarında nisbi sabitliyə səbəb oldu. FED protokollarının dərc olunması, investorların ABŞ faiz siyasətində sabitlik gözləmələrini gücləndirdi və ABŞ istiqraz bazarında uzunmüddətli istiqrazların gəlirlilik səviyyəsi bir qədər aşağı düşdü. Bu, qlobal maliyyə bazarlarında riskli aktivlərə (aksiyalar və xam neft kimi aktivlərə) marağın artmasına gətirib çıxardı. Brent neftinin qiyməti 67.20$ səviyyəsinə qalxaraq son bir həftənin yüksəlişini davam etdirdi.
Bugün Böyük Britaniyada, Avrozonada, Almaniyada və Amerikada açıqlanacaq sənaye və xidmət sektorlarında, həmçinin kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri bazarın fokuslandığı ən önəmli xəbərlərdir. 
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 22 avqust 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari