Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb.
Ötən gün beynəlxalq birjalarda 1.16980 səviyyəsinə qədər bahalaşan EUR/USD valyuta cütlüyü, bu gün 1.16560 səviyyəsinə kimi ucuzlaşıb.
Qızılın qiyməti 23 iyul 2025-ci il tarixindən bəri ilk dəfə 3423$-a qədər yüksəlib, hazırda isə dəyərli metal bir qədər ucuzlaşaraq 3407$ həddində ticarət olunur.
Dünən ABŞ-ın Ticarət Nazirliyinin açıqladığı məlumatlara əsasən, ölkənin ikinci rüb üzrə ÜDM artımı illik ifadədə 3%-dən 3.3%-ə qədər yuxarıya doğru nəzərdən keçirilib. Həmçinin ölkədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 234 min nəfərdən 229 min nəfərə azalıb.
Əlavə olaraq, bu gün Yaponiyada dərc olunan məlumatlara görə, iyul ayında ölkədə İşsizlik Səviyyəsi 2.5%-dən 2.3%-ə qədər geriləyib. İyul ayında Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi isə 1.6% azalıb.
Cümə axşamı ABŞ-ın "S&P 500" fond indeksi tarixdə ilk dəfə olaraq 6500 bənd həddini üzərinə qalxıb. Ekspertlərin fikrincə, ÜDM göstəricisinin proqnozların üzərində açıqlanması ABŞ fond bazarında yeni tarixi maksimumlara səbəb olub. Bu da ABŞ iqtisadiyyatında tənəzzül əlamətlərinin olmadığını göstərir. Onlar düşünürlər ki, iqtisadiyyat tam gücü ilə işləyir və bu, bazarlara ilin əvvəlində tariflərlə bağlı yaranmış narahatlıqların böyük hissəsinin əsassız olduğunu göstərir.
Bu gün Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq. Bundan əlavə, cümə günü ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı qərarlarda nəzərə aldığı Şəxsi İstehlak Xərclərinin Qiymət İndeksi (PCE) dərc olunacaq. Həmçinin ABŞ əhalisinin gəlirləri və xərcləri barədə məlumat dollarının dəyərinə təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
SMM nə deməkdir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Biznesə aid ən yaxşı 10 kitab
Whatsapp biznesin üstünlükləri nələrdir?