Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasəti ilə bağlı proqnozlaşdırılan qərarlarının ön plana çıxması fonunda qızıl kəskin şəkildə bahalaşaraq tarixi maksimum səviyyəsini yeniləyib.
Qiymətli metal bu gün 3508$-a qədər yüksəlib. Lakin, bir qədər sonra geriləyən sarı metal hazırda 3496$ səviyyəsində ticarət olunur. Qeyd etmək lazımdır ki, FED-in iclası sentyabrın 16-17-də keçiriləcək. Analitiklərin 90%-i uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 4-4.25%-ə qədər endiriləcəyini proqnozlaşdırır. 

EUR/USD valyuta cütlüyü  1.17360 səviyyəsindən geriləyərək 1.16870 səviyyəsinədək ucuzlaşıb. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.35490 həddindən 1.35200 həddinə kimi dəyər itirib. USD/JPY cütlüyü isə 147.040 səviyyəsindən 147.890 səviyyəsinədək qalxıb. 
Neft bazarına dəstək göstərən amillər arasında Ukraynanın Rusiya enerji obyektlərinə davam edən hücumları və Rusiyadan neft tədərükündə fasilələrin yaranması ilə bağlı narahatlıqlar fonunda beynəlxalq birjalarda neftin qiyməti artıb. "Brent" markalı neftin bir barel üçün dəyəri 68.95$-a qədər yüksəlib. "WTI" markalı neftin qiyməti isə 65.50$-a qədər yüksəlib. 
Bu arada ABŞ-ın maliyyə naziri Skott Bessent bazar ertəsi bəyan edib ki, Ağ Ev bu həftə Rusiyaya təsir göstərmək üçün bütün imkanları nəzərdən keçirəcək. O qeyd edib ki, Vaşinqton Ukraynadakı münaqişənin davam etməsi səbəbindən Rusiyaya qarşı sanksiya təzyiqi variantlarını hələ də müzakirə edir.
Bazar iştirakçıları Şanxay Əməkdaşlıq Təşkilatının sammitini izləyirlər, burada çərşənbə axşamı Rusiya və Çin arasında yüksək səviyyəli danışıqlar keçirilir. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, liderlər "iqtisadi, maliyyə və enerji sahələri daxil olmaqla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib və bu sahələrdə davamlı artım tempindən məmnunluqlarını ifadə ediblər".
Çin və Hindistan Rusiyanın ən iri neft alıcılarıdır. Keçən ay Vaşinqton Hindistanın Rusiyadan neft alışı ilə bağlı davam edən siyasəti səbəbindən ABŞ-a idxal olunan Hindistan məhsullarına əlavə gömrük rüsumları tətbiq edib.
Bu gün investorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 22:00-da ABŞ prezidenti Donald Trampın çıxışı olacaq. Əlavə olaraq, ABŞ-da Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi dərc olunacaq. Həmçinin, Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 03 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari