Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ əmək bazarına dair göstəricilərin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşıb. Belə ki, ötən gün EUR/USD valyuta cütlüyü 1.17070 səviyyəsindən ucuzlaşaraq 1.16130 səviyyəsinə qədər geriləyib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.35320 həddindən 1.33400 həddinədək kəskin şəkildə dəyər itirib. 
USD/JPY cütlüyü 147.030 səviyyəsindən 148.940 səviyyəsinə qədər bahalaşaraq 1 avqust 2025-ci il tarixindən bu yana ən yüksək həddə qalxıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
EUR/GBP cütlüyü 7 avqust tarixindən etibarən ilk dəfə 0.87120 səviyyəsinə kimi bahalaşıb. Qızılın qiyməti isə artmaqda davam edir.
Sarı metal bu gün səhər saatlarında 3546$-a qədər bahalaşaraq ardıcıl ikinci gündür ki, tarixi maksimumunu yeniləyib.
Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi fonunda və "OPEC+" ölkələrinin qərarı ərəfəsində  beynəlxalq birjalarda neftin qiyməti kəskin şəkildə dəyişir. "Brent" markalı neftin bir barel üçün dəyəri ötən gün 69.90$-a qədər yüksəldikdən sonra, qısa zaman ərzində 68.45$-a kimi geriləyib. Lakin, bir qədər sonra qiymət yenidən bahalaşaraq 69.65$-a qədər artıb.
ABŞ-da avqust ayına dair əmək bazarı haqqında hesabat cümə günü dərc olunacaq və Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarına ciddi təsir göstərə bilər. Ekspertlər FED-in sentyabr iclasında faiz dərəcəsini endirmə ehtimalını təxminən 92% olaraq qiymətləndirirlər. Analitiklər proqnozlaşdırırlar ki, ötən ay ölkədə İşsizlik Səviyyəsi 4.2%-dən 4.3%-ə yüksəlib, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) isə 75 min nəfər artıb.
Bu arada, çərşənbə axşamı ABŞ-ın Təchizat İdarəetmə İnstitutu (ISM) bildirib ki, avqust ayında ölkənin İstehsal Sektorunda Biznes Aktivliyi İndeksi (ISM Manufacturing) (PMI) əvvəlki ay ilə müqayisədə 48 bənddən 48.7 bəndə yüksəlib, lakin analitiklərin 49 bəndlik proqnozunun altında qalıb. Digər tərəfdən, "S&P Global" şirkətinin təqdim etdiyi hesabata görə, Amerikanın sənaye sektorunda PMI 49.8 bənddən 53 bəndədək artıb.
Əlavə olaraq, bundan əvvəl FED sədri Cerom Pauell ABŞ əmək bazarı üçün risklərin artdığını qeyd etmiş və pul-kredit siyasətində düzəlişlərin lazım ola biləcəyini istisna etməmişdi. Analitiklər isə sentiyabr ayını ənənəvi olaraq fond bazarı üçün zəif ay hesab edirlər və gömrük rüsumları ilə bağlı qeyri-müəyyənliyin, FED-in qərarlarına dair narahatlıqların və mövsümi zəifliyin beynəlxalq birjalarda gərginlik yaratdığını qeyd edirlər.
Həmçinin, dünən Avropa İttifaqının Statistika İdarəsi tərəfindən təqdim edilən ilkin məlumatlara əsasən, Avrozonada avqust ayında istehlak qiymətləri illik ifadədə 2.1% artıb və iyul ayında qeydə alınan 2%-lik göstərici ilə müqayisədə inflyasiya sürətlənib. İstehlak qiymətləri avqustda aylıq ifadədə 0.2% artıb. İyulda isə qiymətlər əvvəlki ayın səviyyəsində qalmışdı.
Bu gün ABŞ-ın Əmək Nazirliyinin Statistika Bürosu tərəfindən açıqlanacaq Boş İş Yerləri və Vakansiyalar Hesabatı (JOLTS) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Əlavə olaraq, Türkiyədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi, Avrozonada, Almaniyada və Böyük Britaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi və "Bej Kitab" bazar iştirakçılarının marağına səbəb olacaq. Eləcə də, Bakı vaxtı ilə 11:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışını da qeyd etmək lazımdır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 03 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari