Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-da İstehsal Qiymətləri İndeksinin (PPI) proqnozların altında açıqlanması fonunda dollar major valyutalar qarşısında ucuzlaşıb, lakin bir qədər sonra itirdiyi mövqeləri bərpa edə bilib. EUR/USD valyuta cütlüyü ilk öncə 1.16930 səviyyəsindən 1.17300-ə qədər bahalaşıb, sonra isə 1.16920 səviyyəsinədək geriləyib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.35630 həddindən 1.35190 həddinədək enib.
Amerikada İstehsal Qiymətləri İndeksi (PPI) avqustda aylıq ifadədə 0.1% azalıb. Son dörd ay ərzində ilk dəfə qeydə alınan azalma analitiklər üçün gözlənilməz olub. Belə ki, onlar orta hesabla göstəricinin 0.3% artacağını proqnozlaşdırmışdılar. Ötən ilin avqustu ilə müqayisədə PPI 2.6% artıb. Proqnoz isə 3.3%-lik artımı nəzərdə tuturdu.
Bu statistik məlumatlar istehlak qiymətlərinin artım tempinin zəifləməyə davam edəcəyinə dair proqnozları gücləndirib. Nəticədə bir çox analitik ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn həftə faiz dərəcəsini birdən-birə 50 baza bəndi endirə biləcəyini proqnozlaşdırır.
ABŞ fond indeksləri "S&P 500" və "Nasdaq" növbəti dəfə rekord səviyyəyə yüksəlib, "Dow Jones" isə çərşənbə günü keçirilən ticarət sessiyasının yekununda enib. 
"Oracle Corp."-un səhmlərinin qiyməti çərşənbə günü demək olar ki, 41% artıb. Dünyanın ən iri proqram təminatı istehsalçılarından biri olan şirkət iyun–avqust aylarını əhatə edən birinci maliyyə rübündə "bulud" seqmentində gəlirlərini 28% artırıb. Şirkət bütün maliyyə ili üzrə bu göstəricinin 77% artacağını proqnozlaşdırıb.
"Apple Inc."-in səhmlərinin dəyəri isə yeni "iPhone 17"-nin uğursuz çıxışı səbəbindən 3.2% ucuzlaşıb.
"Financial Times" qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına Rusiya üzərində təzyiqi artırmaq məqsədilə Çin və Hindistana qarşı 100%-lik rüsumlar tətbiq etməyi təklif edib. Nəşrin mənbələrindən biri bildirib ki, ABŞ qəti addımlar atmağa hazırdır, lakin yalnız Avropa onları dəstəklədiyi halda. Həmçinin, qeyd olunur ki, Vaşinqton Brüsselin Hindistan və Çinə qarşı tətbiq edəcəyi istənilən tarifləri dəstəkləməyə hazırdır.
Beynəlxalq reytinq agentliyi "Fitch" isə 2025-ci ildə qlobal ÜDM-in artımı üzrə proqnozunu 2.2%-dən 2.4%-ə yüksəldib. Qərara əsas kimi ikinci rübün proqnoz olunandan daha güclü iqtisadi göstəriciləri göstərilib. Avrozona üzrə ÜDM-in artım proqnozu da 0.8%-dən 1.1%-ə qaldırılıb.
Bu gün Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 11 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari