Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə axşamı Almaniyada və Avrozonada ÜDM göstəricilərinin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər bahalaşır. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0820, 1.2848 və 154.660 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.03% artaraq 104.59 bənd təşkil edib.
Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin statistika bürosunun məlumatına əsasən, ölkədə mövsümi düzəlişlər nəzərə alınmaqla işsizlik səviyyəsi may ayı ilə müqayisədə iyun ayında 2.6%-dən 2.5%-ə qədər enib. Analitiklər göstəricinin 2.6% səviyyəsində qalacağını proqnoz edirdilər.
Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞİyun ayında ölkədə işsizlərin sayı 1.81 milyon nəfər təşkil edib ki, bu da ötən il ilə müqayisədə 20 min nəfər (1.1%) çoxdur. Yaponiya əhalisinin işləməyən hissəsi, o cümlədən 65 yaşdan yuxarı insanlar, illik müqayisədə 650 min nəfər (1.6%) azalaraq 39.91 milyon nəfər təşkil edib.
Həmçinin bugün ABŞ-da statistik göstəricilərin açıqlanması ərəfəsində qızılın qiyməti yüksəlir. Nyu-Yorkun "Comex" birjasında qızılın dekabr ayı üzrə fyuçerslərinin qiyməti 6.45$ və ya 0.27% artaraq 1 troy unsiyası üçün 2431.95$-a qədər yüksəlib. Qızılın spot qiyməti isə 2388$ təşkil edir.
Bugün Almaniyada dərc olunacaq inflyasiyaya dair göstəricilər investorların diqqət mərkəzində olacaq. Belə ki, analitiklərin fikrincə, ölkədə iyul ayında illik inflyasiya, ilkin hesablamalara görə, iyun ayında olduğu kimi 2.2% təşkil edib. Ölkənin Federal Statistika Bürosu (Destatis) müvafiq məlumatları Bakı vaxtı ilə saat 16:00-da dərc edəcək.
Eləcə də, "Destatis" Almaniya ÜDM-i ilə bağlı məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, 2024-cü ilin ikinci rübündə göstərici illik ifadədə dəyişməz qalıb, rüblük ifadədə isə 0.1% artıb. 
Avropa statistika agentliyi "Eurostat" ikinci rüb üzrə Avrozonanın ÜDM dinamikasının ilkin qiymətləndirməsini dərc edəcək. Ekspertlər ÜDM-in illik ifadədə 0.6%, rüblük ifadədə isə 0.2% artdığını ehtimal edirlər.
Bakı vaxtı ilə saat 18:00-da "Conference Board" analitik şirkəti ABŞ-da İstehlakçı İnamı İndeksini dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 30 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya