Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da İstehsal Qiymətləri İndeksinin bu gün açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşıb. EURUSD valyuta cütlüyü 1.17800 həddindən 1.16900 həddinədək gerilədi. Eyni müddət ərzində GBPUSD cütlüyü 1.35900 səviyyəsindən 1.35140 səviyyəsinədək enib. USDJPY cütlüyü isə 146.300 həddindən 147.560 həddinə kimi bahalaşıb. Lakin, bu gün səhər saatlarında dolların beynəlxalq birjalarda bir qədər zəiflədiyini müşahidə etmək olar.
Çərşənbə axşamı qızılın spot qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 3674$ həddini ötüb. Qətərin paytaxtı Dohada baş verən partlayışlar fonunda qızıla "güvənli liman" aktivi kimi tələbin artması ilə bazar iştirakçıları sarı metalın alışlarını artırıblar. İnvestorlar münaqişənin daha da kəskinləşməsindən ehtiyat edirlər.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Bundan əlavə, investorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarını gözləyirlər. Proqnozlara görə, tənzimləyici qurum gələn həftə faiz dərəcəsini ən azı 25 baza bəndi endirəcək. İki günlük iclasın nəticələri sentyabrın 17-də açıqlanacaq.
Qeyd etmək lazımdır ki, qızıl artıq 13 sessiyadır ardıcıl bahalaşır. 2025-ci ilin əvvəlindən bəri qiymətli metalın dəyəri 40% artıb. Qiymətlərin yüksəlişinə həm də dünya Mərkəzi Banklarının ehtiyatlarına qızıl alışı dəstək verir.
Dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Yeni Dehli ticarət danışıqlarını davam etdirirlər. Həmçinin, o Hindistanın baş naziri Narendra Modi ilə yaxın həftələrdə söhbət etməyi gözlədiyini qeyd edib.
"Sevinc hissi ilə bildirirəm ki, Hindistan və Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında ticarət maneələrinin aradan qaldırılması ilə bağlı danışıqları davam etdirirlər. Çox yaxşı dostum, baş nazir Modi ilə yaxın həftələrdə söhbəti səbirsizliklə gözləyirəm. Əminəm ki, hər iki böyük ölkəmiz asanlıqla danışıqları uğurla başa çatdıracaq", – Tramp sosial şəbəkə "Truth Social"-da yazıb.
Bundan əvvəl Tramp Hindistanın böyük həcmdə Rusiya nefti alması qərarından məyus olduğunu bildirmiş və bu mövqeyi Yeni Dehliyə çatdırmışdı. O əlavə edib ki, qismən məhz bu səbəbdən Vaşinqton Hindistan mallarına 50% gömrük rüsumu tətbiq edib.
Ötən gün ABŞ-ın əmək bazarına dair dərc olunan yenilənmiş məlumatlara əsasən, 2025-ci ilin mart ayınadək olan dövrdə ölkədə əvvəlki qiymətləndirmələrdən 911 min daha az iş yeri yaradıldığı açıqlanıb. Bu, 2002-ci ildən bəri müşahidələrin tarixində ən böyük düzəlişdir.
Ən çox iş yerlərinin azalması əyləncə, peşəkar xidmətlər və pərakəndə ticarət sahələrində müşahidə olunub. Düzəlişlərin böyük hissəsi özəl sektora aiddir. Mütəxəssislər qeyd edirlər ki, iş yerlərinin yaradılma tempi hələ ABŞ prezidenti Donald Trampın ticarət tariflərini tətbiq etməsindən əvvəl də aşağı idi, son aylar isə əmək bazarının zəifləmə tendensiyasını təsdiqləyir. Ağ Ev yeni məlumatları FED-in faiz dərəcələrini daha sürətli azaltması üçün arqument kimi dəyərləndirib.
Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehsal Qiymətlər İndeksindən (PPI) əlavə investorlar Amerikada açıqlanacaq kommersiya məqsədli neft ehtiyatları ilə bağlı məlumatları da diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 10 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari