Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ərzində Böyük Britaniyada və ABŞ-da statistik göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşıb. Belə ki, EUR/USD valyuta cütlüyü 1.18480 səviyyəsinədək yüksəldikdən sonra 1.17500 səviyyəsinədək geriləyib. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.36590 həddindən 1.35330 həddinə kimi dəyər itirib.
Bu gün Yaponiya Bankı (BoJ) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Tənzimləyici qurum göstəricini 0.50% səviyyəsində saxladığını bildirib.  Bu qərarın ardından beynəlxalq birjalarda yen dollar qarşısında kəskin şəkildə ucuzlaşıb. USD/JPY valyuta cütlüyü 147.980 səviyyəsindən 147.190 səviyyəsinə qədər geriləyib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Qızılın dünya bazarlarında qiyməti dünən kəskin volatillik numayiş etdirib. Dəyərli metal ilk öncə 3634$ dəstək səviyyəsini sınaqdan keçirdikdən sonra 3673$-a qədər bahalaşıb. Bir qədər sonra isə yenidən ucuzlaşaraq 3628$-a kimi enib. Hazırda qiymətli metal 3661$ həddində ticarət olunur.
Cümə axşamı ABŞ fond indeksləri müsbət zonada ticarəti başa vurub. İnvestorlar isə Federal Ehtiyatlar Sisteminin (FED) sentyabr iclasının nəticələrini qiymətləndirməyə davam ediblər. Çərşənbə günü FED proqnoz olunduğu kimi faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4.25%-ə qədər endirib. 
Bununla yanaşı, Mərkəzi Bank rəhbərliyinin yeni median proqnozu ilin sonunadək faiz dərəcəsinin daha iki dəfə azaldılmasını nəzərdə tutur. Ekspertlərin fikrincə, əmək bazarındakı zəiflik davam edərsə, FED yumşaldılmanı davam etdirəcək. Onlar düşünürlər ki, pul-kredit siyasəti əvvəlkindən daha sürətli və daha yumşaq olacaq.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə 33 min nəfər azalaraq 231 min nəfərə qədər enib. Filadelfiya FED tərəfindən açıqlanan Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi isə -0.3 bənddən 23.2 bəndədək yüksəlib.
Həmçinin, İngiltərə Bankı (BoE) sentyabr iclasının nəticələrinə əsasən uçot faiz dərəcəsini dəyişməyib, onu illik 4% səviyyəsində saxlayıb. Bundan əlavə, mərkəzi bankın yeddi səs çoxluğu ilə yaxın 12 ay ərzində balansındakı aktivlərin həcmini 70 milyard funt (95.5 milyard dollar) azaldaraq 488 milyard funta endirmək barədə qərar qəbul edib. 
Bu gün Böyük Britaniyada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı bazar iştirakçıları tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 20 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari