"Rabita Mobile" tətbiqi "NETTY 2023" mükafatına layiq görülüb
Rabitəbankın "Rabita Mobile" tətbiqi "NETTY 2023" Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
Tətbiq virtual münsiflər heyəti və ekspert şurasının səsverməsi nəticəsinə görə tətbiqlər və utilitilər üzrə "Maliyyə, bankçılıq və fintech" nominasiyasında "İlin mobil tətbiqi" elan olunub.
2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
İnnovativ həllər təklif edən və rəqəmsal imkanlarını daim genişləndirən "Rabita Mobile" tətbiqi müştərilərin həyatını daha da asanlaşdırmağı hədəfləyib. Tətbiq dünyanın istənilən nöqtəsində və istənilən vaxtda bank xidmətlərindən operativ və rahat şəkildə istifadə etməyə imkan verir. Artıq banka getmədən tətbiq vasitəsilə 700-dən çox ödəniş, 200-dən çox ölkənin kartına sərfəli pul köçürmələri, onlayn kart sifarişi və kredit ödənişi xidmətlərindən istifadə etmək mümkündür. Tətbiqin "hesabı böl" (split bill) funksiyası ilə istənilən ödənişi dostlar arasında bölmək və toplanılan ƏDV-ləri komissisiyasız nağdlaşdırmaq olar. Bundan başqa, "Rabita Mobile" tətbiqinə əlavə edilmiş "TezÖdə" funksiyası ilə müxtəlif ödənişləri rahat və növbəsiz şəkildə etmək mümkündür. Daha sürtəli xidmət göstərmək üçün tətbiqdə onlayn çat da fəaliyyət göstərir. / marja.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
İlon Mask kimdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Evdə biznes qurmağın yolları
Dünyanın ən bahalı restoranları
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?