Rabitəbank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb

Rabitəbank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb®"Rabitəbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqaviləni Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) Baş icraçı direktoru, eləcə də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD – İslam İnkişaf Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən Hani Salem Sonbol imzalayıblar. 
Tərəflər ölkə iqtisadiyyatının inkişafı istiqamətində IsDB ilə əməkdaşlığı, Azərbaycanda ticarətin maliyyələşdirilməsini, kiçik və orta biznesə (KOB) dəstək imkanlarının genişləndirilməsini müzakirə ediblər. Eləcə də islam maliyyəsinin tətbiqində Korporasiyanın roluna diqqət ayıraraq, bu istiqamətdə atılacaq növbəti birgə addımlara dair fikir mübadiləsi aparılıb. Müqavilə islam maliyyəsi prinsiplərinə uyğun olaraq kiçik və orta biznesə dəstək olmaqla, özəl sektorun müştərilərinin müxtəlif ehtiyaclarının qarşılanması üçün ticarətin maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasını nəzərdə tutur. 

"Biz Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə bu mühüm sazişi imzalamaqdan və Azərbaycanda iqtisadi artımın təşviqinə dəstək verməkdən məmnunuq. Bu tərəfdaşlıq Rabitəbankın kiçik və orta biznesin inkişafını dəstəklədiyinə dair öhdəliyini vurğulayır. Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək üçün ticarətin maliyyələşdirilməsi təşəbbüslərini irəli sürmək və özəl sektor müştərilərimizi gücləndirmək üçün islam maliyyəsi prinsipləri ilə irəliləməyi hədəfləyirik", – deyə Aydın Hüseynov vurğulayıb. 
"Rabitəbank" ilə bu əməkdaşlıq Azərbaycanda ticari maliyyələşdirmə üzrə daimi səylərimizdə konkret addımdır. Məqsədimiz lazımi maliyyə vasitələri və resursları təqdim etməklə özəl sektorun, xüsusilə də KOB-un inkişafını stimullaşdırmaqdır. Bu saziş İslam maliyyəsi prinsiplərinə əsaslanaraq milli iqtisadiyyatın inkişafına töhfə vermək səylərimizdə mühüm mərhələni təmsil edir", – deyə Hani Salem Sonbol deyib.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Rabitəbank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb/ banker.az

Banklar     Tarix: 30 aprel 2024

Oxşar xəbərlər

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma


iqtisadi xeberler dollar məzənnəsi dollarin kursu bu gun en son xeberler avtomobil xeberleri