Rabitəbank Visa beynəlxalq ödəniş sisteminin "Principal member" statusunu əldə edib

Rabitəbank Visa beynəlxalq ödəniş sisteminin ®"Rabitəbank" ASC beynəlxalq maliyyə və ödəniş ekosistemində strateji əhəmiyyət daşıyan növbəti uğura imza ataraq Visa beynəlxalq ödəniş sisteminin rəsmi "Principal member" statusunu əldə edib.
Bu status Rabitəbankın Visa ilə birbaşa əməkdaşlıq modelinə keçdiyini və artıq bankın Visa şəbəkəsində sponsor bank vasitəçiliyi olmadan fəaliyyət göstərəcəyini ifadə edir. Bununla da, Rabitəbank Visa-nın qlobal ödəniş infrastrukturuna birbaşa çıxış əldə edərək kart biznesi, rəqəmsal ödəniş həlləri və beynəlxalq əməliyyatlar istiqamətində imkanlarını daha da genişləndirib.
Visa "Principal member" statusu bank üçün bir sıra strateji üstünlüklər yaradır. Bu üstünlüklər sırasında Visa infrastrukturuna birbaşa inteqrasiya, ödəniş biznesinin daha çevik və effektiv idarə olunması, vasitəçi tərəflərdən asılılığın minimuma endirilməsi, yeni nəsil kart məhsullarının daha sürətli bazara çıxarılması və beynəlxalq ödəniş həlləri üzrə innovativ xidmətlərin genişləndirilməsi xüsusi yer tutur.
Eyni zamanda əldə olunan yeni status Rabitəbankın beynəlxalq maliyyə sektorunda mövqeyinin güclənməsinə, Visa ilə strateji tərəfdaşlığının daha yüksək səviyyəyə yüksəlməsinə və bankın qlobal ödəniş ekosistemində birbaşa iştirakçı kimi fəaliyyət imkanlarının artmasına xidmət edir.
"Rahat bankçılıq" konsepsiyasına uyğun olaraq innovativ və müştəriyönümlü həllər təqdim edən Rabitəbank rəqəmsal bankçılıq, kart texnologiyaları və müasir ödəniş həlləri istiqamətində inkişafını davam etdirir. Bank gələcək dövrdə də beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək müştərilərinə daha təhlükəsiz, sürətli və innovativ xidmətlər təqdim etməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir / banker.az

Banklar     Tarix: 18 may 2026

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq