Rabitəbankda yeni təyinat
Nihad Tağızadə "Rabitəbank" ASC-də Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru vəzifəsinə yeni təyinat edilib.
N.Tağızadə Bakı Dövlət Universitetində "Kompüter elmləri" ixtisası üzrə bakalavr təhsili alıb. 2014-cü ildən 2016-ci il tarixinə kimi ilk əmək fəaliyyətinə qeyri-bank sektorunda başlayan Nihad Tağızadə 2017-ci ildən etibarən bank sektorunda müxtəlif banklarda və müxtəlif vəzifələrdə fəaliyyət göstərməyə başlayıb. Proqram təminatı şöbəsinin Proqramlaşdırma bölməsində mütəxəssis kimi karyerasına başlayan N.Tağızadə daha sonra həmin departamentin ABİS-in inkişafı bölməsinə keçmiş və həmin şöbə üzrə aparıcı mütəxəssis, böyük mütəxəssis vəzifələrində çalışmışdır. 01.10.2020-ci il tarixindən isə Rəqəmsal həllərin tətbiqi və dəstəklənməsi şöbəsinin müdiri vəzifəsinə kimi yüksəlmişdir. 22.01.2021-ci il tarixindən Marketing və Agile metodologiyanın tətbiqi idarəsinin Agile eskpert mərkəzinin Agile kouç vəzifəsinə təyin edilmiş, 13.07.2021-ci il tarixindən etibarən isə "Rabitəbank" ASC-də Rəqəmsal məhsulların inkişafı şöbəsinin Rəqəmsal məhsulları üzrə meneceri vəzifəsində çalışmışdır. Həmçinin, 01.04.2022-ci il tarixindən etibarən bir sıra banklarda layihənin inkişafı departamentinin ödənişlər, kart hesablarının artırılması, loyallıq və keşbek istiqamətinin rəhbəri və Rəqəmsal kanallar sahəsinin baş məhsul sahibi olaraq fəailyyət göstərmişdir.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznesə aid ən yaxşı 10 kitab
İlon Mask kimdir?