Rabitəbankdan daha bir yenilik! Elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek

Rabitəbankdan daha bir yenilik! Elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek®Elektrikli avtomobillərin şarj ödənişlərinə10% keşbek
"Rabitəbank" ASC ekoloji məsuliyyət və dayanıqlı gələcək prinsiplərinə uyğun olaraq yeni "Yaşıl yol" kampaniyasına start verib. Kampaniya çərçivəsində Kartmane kartları ilə elektrikli avtomobillərin şarj ödənişlərini həyata keçirən müştərilər 10% keşbek qazanmaq imkanı əldə edəcəklər.
18 may – 30 iyun 2026-cı il tarixlərini əhatə edən kampaniyanın əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək, müştərilərə əlavə üstünlüklər təqdim etmək və dayanıqlı gələcəyə töhfə verməkdir. "Qazanc, təmiz ətraf mühit və rahatlıq birlikdə!" mesajı ilə təqdim olunan kampaniya çərçivəsində istifadəçilər həm qənaət edəcək, həm də ətraf mühitin qorunmasına dəstək göstərəcəklər.
Kampaniya çərçivəsində yalnız elektrikli avtomobillərin enerji ilə şarj olunması üçün həyata keçirilən ödənişlər nəzərə alınır. Kartmane debet və kredit (taksit) kartları- MC World/Visa Rewards və MC Black/Visa Infinite ilə edilən ödənişlərə hər əməliyyat üzrə 10% keşbek hesablanır. Kampaniya üzrə minimal ödəniş tələbi yoxdur və aylıq maksimal keşbek məbləği 50 AZN təşkil edir.
"Rahat bankçılıq" konsepsiyasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Rabitəbank hər zaman innovativ və müştəriyönümlü həlləri ilə yanaşı, ekoloji məsuliyyət, rəqəmsal transformasiya və gündəlik həyatı daha rahat edən üstünlükləri özündə birləşdirən layihələri ilə də seçilir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 18 may 2026

Oxşar xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi

Sahibkarlığın inkişafına və ölkə iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan mikro sahibkarlar üçün yeni kredit kampaniyasına start verir. 20 dekabr 2026-cı il tarixinədə

Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək

Rabitəbank Visanın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. Elektra Event Hall-da baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək komanda ruhu, strateji düşünc

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq

Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi istiqamətində yeni mərhələyə keçilir. Ölkənin maliyyə bazarında bu mexanizmlərin fəaliyyətinə hüquqi şərait yaradılması məqsədilə normativ hüquqi akt layihələri hazırlanara

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. Bu barədə "Fars" agentliy

"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb

"AccessBank" və "Bank Respublika" arasında sövdələşmə tamamlanıb. Bu barədə "AccessBank"ın İdarə Heyətinin sədri David Tsiklauri bildirib. O, bankdakı beşillik fəaliyyətini dəyərləndirərək əld


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun dollar manat kursu en son xeberler