Reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azad edilib
Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 31 dekabr 2023-cü il tarixinədək 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac 2 gömrük rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib.
Hazırda digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azaddır. Qərara əsasən, digər reaktiv mühərriklər üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşdirilsə də, gələn il dekabrın 31-dək digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azad olacaq.
Eyni zamanda "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə edilən dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat aksiz dərəcəsi müəyyənləşdirilib, ancaq reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 31 dekabr 2023- cü il tarixinədək aksiz dərcəsi 1 manat olacaq.
Qeyd edək ki, hazırda da reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün aksiz dərəcəsi 1 manatdır.
Reaktiv mühərriklər üçün digər yanacaq üçün aksiz dərəcəsinə dair də anoloji qərar qəbul edilib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?