Regional Su Meliorasiya Xidməti bu şirkətdən 1,6 milyon manata nasos aqreqatları aldı
Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsi D tipli nasos və D tipli nasos aqreqatlarının (mühərriklə birlikdə) satın alınması üzrə müqavilə imzalayıb.
Dövlət qurumu "Universal PRO" ilə 500 min manatlıq – MÜQAVİLƏ İMZALADI
FED.az xəbər verir ki, tenderin qalibi "Universal Pro" Qapalı Səhmdar Cəmiyyəti olub.
Müqavilənin ümumi məbləği 1 milyon 590 min 50 manat təşkil edir. Layihənin ehtimal olunan qiyməti 3 milyon 227 min 701 manatdır.
Qeyd edək ki, "Universal Pro" QSC bundan əvvəl də Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsinə məxsus bir sıra satınalmaların qalibi olub. Belə ki, şirkət:
15 oktyabr 2025-ci il tarixində "Sıyırtmə, əks klapan və flyansların satın alınması" tenderində 179 min 796 manat 25 qəpik,
3 oktyabr 2025-ci il tarixində "Elektrik idarəetmə lövhələri və cihazlarının satın alınması" tenderində 205 min 567 manat 80 qəpik,
28 avqust 2025-ci il tarixində "Elektrik mühərriklərinin satın alınması" tenderində 1 milyon 185 min 900 manat,
18 noyabr 2024-cü il tarixində isə "Elektrik mühərriklərinin satın alınması" tenderində 304 min 962 manat 99 qəpik məbləğində müqavilələr imzalayıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?