Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?
Bəzi restoran və kafelərdə bir nəfər üçün 50-100 manatlıq masa depoziti tələbi artıq ictimai narazılığa səbəb olub. Xüsusilə mərkəz və dənizkənarı məkanlarda bu cür yüksək tələblər dadlı yeməklərdən çox, qiymət siyasəti ilə gündəmə gəlir. Sahibkarlar bunu iqtisadi zərurət kimi əsaslandırsalar da, gənclər və tələbələr belə yanaşmanı ayrı-seçkilik kimi görür.
Bakıda kafe və restoranlarının gəlirləri 400 milyon manata çatdı
Bəs bu strategiya qazanc gətirəcək, yoxsa müştəri itkisinə yol açacaq?
FED.az xəbər verir ki, məsələ ilə bağlı restorator Mahir Əhmədzadə bildirib ki, bu yanaşmanın bir neçə səbəbi var:
"Əvvəla, bəzi obyektlər kiçik əraziyə malikdir. Belə məkanlarda bir nəfərin 5-10 manatlıq sifarişlə saatlarla yer tutması biznes üçün zərərli sayılır. Sahiblər bu vəziyyətdən çıxış yolu kimi depozit qoymaqla müştəri dövriyyəsini tənzimləməyə çalışırlar. Axı obyektin xərcləri var və gəlirlər də ona uyğun hesablanmalıdır.
Digər tərəfdən, xüsusilə dənizkənarı və turist axını çox olan ərazilərdə yerləşən restoranlar yay mövsümündə yüksək depozit tələbi ilə çıxış edirlər. Məqsəd isə aydındır – "hamı yox, uyğun olanlar gəlsin". Yəni qiymət səddini bir növ filtr kimi qoyurlar ki, yalnız müəyyən gəlir təbəqəsinə daxil olan insanlar bu məkanlara üz tuta bilsin.
Ancaq bütün bunlar nə dərəcədə ədalətlidir? Hüquqi baxımdan bu məsələ tamamilə sahibkarın ixtiyarındadır. Azad iqtisadiyyat şəraitində heç bir qanun bu prosesi qadağan etmir. Amma etik baxımdan məsələ müzakirəyə açıqdır. Depozit tələbi bəzən elə səviyyəyə çatır ki, restoran sadəcə yemək deyil, prestij təqdim edən bir "kluba" çevrilir".
Ekspert qeyd edib ki, bəzi məkanlar bu sistemi müştəri təbəqəsini formalaşdırmaq üçün də istifadə edirlər:
"Ucuz menyudan istifadə edən və az məbləğ xərcləyən şəxslərin gəlməsini istəməyən restoranlar bu yolla öz auditoriyasını "seçirlər". Belə çıxır ki, bu cür obyektlər üçün müştəri itkisi qorxulu deyil, əksinə, bu seçim onların siyasətidir". (Yenisabah.az)

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
5 liderlik göstəricisi
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyada ən çox oxunan 5 kitab