Rusiya ilə Ukrayna arasında gərginliyin artması "Bitcoin"ə də - TƏSİR ETDİ
Rusiya ilə Ukrayna arasında gərginliyin artması səbəbindən "Bitcoin" 37 min dollardan aşağı düşüb.
biznes və maliyyə xəbərləri portalı Oxu-az-a istinadən xəbər verir ki, dünyanın ən qiymətli kriptovalyutası həftə sonu 40 000 dollardan aşağı düşüb və Ukrayna böhranı gücləndikcə ucuzlaşmağa davam edib.
"CoinDesk"in məlumatına görə, çərşənbə axşamı "Bitcoin" 36 649 dollara satılıb və son 24 saatda təxminən 6,5 faiz ucuzlaşıb.
Noyabrda pik həddə- 68 990 dollar olan valyuta geosiyasi gərginlik, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırma ehtimalı və bəzi böyük iqtisadi güclər tərəfindən rəqəmsal aktivlərə qoyulan məhdudiyyətlər fonunda dəyərinin demək olar ki yarısını itirib.
Dünyanın ikinci ən qiymətli kriptovalyutası olan "Ethereum" son 24 saat ərzində 8 faizdən çox ucuzlaşaraq 2520 dollara satılıb.
Mütəxəssislər bildirirlər ki, "Bitcoin" tezliklə sabitləşməyəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. /fed.az

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
5 liderlik göstəricisi
Biznes qurmaq üçün nə lazımdır?