Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıbRusiya Mərkəzi Bankının Direktorlar Şurası sentyabrın 12-də keçirilən iclasda uçot dərəcəsini 1 faiz bəndi azaldaraq 18 faizdən 17 faizə endirib.
Marja xəbər verir ki, bu qərar, tənzimləyicinin pul-kredit siyasətində ehtiyatlı yumşalma addımı kimi qiymətləndirilir.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Bankın açıqlamasında qeyd edilib ki, davamlı qiymət artımı göstəricilərində əhəmiyyətli dəyişiklik yoxdur və onlar illik hesablamada hələ də 4 faizdən yuxarı səviyyədə qalır. Qurum vurğulayıb ki, iqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıdır, kreditləşmə son aylarda canlanıb, inflyasiya gözləntiləri isə yüksək olaraq qalır.
Rusiya Dövlət Statistika Xidmətinin məlumatına görə, avqust ayında ölkədə son üç ildə ilk dəfə aylıq deflyasiya qeydə alınıb — qiymətlər 0,4 faiz azalıb. Bu prosesə əsasən meyvə-tərəvəz məhsullarının ucuzlaşması və rublun möhkəmlənməsi təsir edib. Bununla belə, avqustun sonundan etibarən rubl yenidən zəifləməyə başlayıb.
Mərkəzi Bankın məlumatında qeyd olunur ki, əksər davamlı inflyasiya göstəriciləri illik hesablamada 4–6 faiz diapazonundadır, 8 sentyabr tarixinə illik inflyasiya 8,2 faiz təşkil edir. Bank 2025-ci il üzrə inflyasiya proqnozunu 6–7 faiz, 2026-cı il üçün isə 4 faiz səviyyəsində saxlayıb.
İyul ayında dərəcənin azaldılmasından sonra kreditləşmə aktivləşib. Milli Kredit Tarixçəsi Bürosunun məlumatına görə, 2025-ci ilin avqustunda istehlak kreditlərinin həcmi əvvəlki ayla müqayisədə 10,7 faiz artaraq 331,6 milyard rubla çatıb. Korporativ kredit portfelində də artım müşahidə olunub.
Rusiya Mərkəzi Bankı bəyan edib ki, inflyasiyanı 2026-cı ildə hədəf səviyyəyə qaytarmaq üçün pul-kredit siyasətində tələb olunan sərtliyi qoruyacaq. Qurumun məlumatına görə, gələcək qərarlar inflyasiyanın davamlı şəkildə zəifləməsi və inflyasiya gözləntilərinin dinamikasından asılı olacaq.
Ekspertlər isə hesab edirlər ki, tənzimləyici növbəti iclaslarda (oktyabr və dekabrda) daha ehtiyatlı mövqe tuta bilər və faiz endiriminin tempini zəiflədə və ya müvəqqəti dayandıra bilər.
XXX
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldaraq yumşaq pul-kredit siyasəti istiqamətində addım atıb.
Marja xəbər verir ki, Bank uçot dərəcəsini 1 faiz bəndi endirərək 17 faizə qədər azaldıb.
Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə dərəcənin 2 faiz bəndi endirilərək 16 faizə endiriləcəyini proqnozlaşdırırdılar.
Bankın açıqlamasında bildirilib: "Hazırkı qiymət artımının əsas göstəricilərində ciddi dəyişiklik yoxdur. Rusiya Mərkəzi Bankı inflyasiyanı 2026-cı ildə hədəf səviyyəyə qaytarmaq üçün pul siyasətini lazım olduğu qədər sərt saxlayacaq".
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ötən ilin sonlarından etibarən müəssisələrin yüksək borclanma xərcləri ilə bağlı narahatlıqlara baxmayaraq, iyun ayında aylıq qiymət artımının 4 faizə yaxınlaşmasından sonra uçot dərəcəsini rekord səviyyə olan 21 faizdən endirmə prosesinə başlamışdır. / marja.az

Maliyyə     Tarix: 12 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari