Rusiya müəssisəsi Azərbaycana elektrik dalma qurğuları tədarük etməyi planlaşdırır
"Almaz-Nefteservis" MMC (Rusiya) Azərbaycana elektrik dalma qurğuları tədarük etməyi planlaşdırır. "İnterfaks-Azərbaycan" agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu müəssisənin baş direktoru Maksim Əliyev deyib.
"Bu, quyunun imitasiyasıdır. Yataqda qurğunun nəzərdə tutulduğu işlək quyunun istənilən parametrlərini təyin etmək mümkündür. Bu, Azərbaycana göndəriləcək ilk sınaq partiyasıdır", - deyə M.Əliyev bildirib.
"Almaz-Nefteservis" MMC Qərbi Sibirdə yanacaq-energetika kompleksi sahəsində fəaliyyət göstərən şirkətlərə neft hasilatı üçün öz istehsalı olan seriyalı tam dəstli dalma avadanlığı təklif edən yeganə müəssisədir. Hazırda "Almaz-Nefteservis" MMC-nin istehsal gücləri ayda 500-dən çox tam komplektli elektrik mərkəzdənqaçma nasosu istehsal etməyə və 10 mindən çox quyuya xidmət göstərməyə imkan verir.* / marja.az
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa