Rusiya öz bankomatlarını istehsal edəcək
Ukraynaya müharibə elan etdikdən sonra ağır sanksiyalara məruz qalan Rusiya xüsusilə bank sistemində yeni çıxış yolları axtarır. ABŞ-ın "Mastercard" və "Visa" ödəniş sistemlərinə alternativ olaraq "Mir" kartını buraxan Rusiya bundan sonra öz bankomatını istehsal edəcək. Banker.az xəbər verir ki, Rusiya Banklar Assosiasiyasının prezidenti Aleksey Voylukov Qərbin sanksiyalarından sonra bir çox xarici bankomat istehsalçısının ölkəyə cihaz və ehtiyat hissələrinin tədarükünü dayandırdığını, yerli bankomat istehsalçılarının isə bu ilin sonunda ATM istehsalına başlayacaqlarını bildirib.
Yerli bankomat avadanlıqlarının xarici analoqları ilə dəyişdirilməsinin 2023-cü ildən əvvəl baş verməyəcəyini vurğulayan Voylukov "Rusiyanın bankomat istehsalçısı bu ilin dekabr ayının sonunda cihazlarının ilk versiyasını kütləvi istehsala buraxacaq. Əgər Rusiya Mərkəzi Bankından təsdiq alarsa, o, kredit təşkilatları üçün təklif olunan avadanlıqların siyahısına daxil ediləcək" – deyə bildirib.
Rusiya Banklar Assosiasiyasının sədri Rusiya istehsalçılarının Mərkəzi Bank tərəfindən yenilənmiş kağız əskinasları qəbul etmək üçün qurğulari inkişaf etdirməli olacağını bildirib. O, qeyd edib ki, yeni dövriyyəyə buraxılan 100 rublluq əskinasların satışa çıxarılmasından sonra bu məsələnin xüsusilə aktuallaşıb.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?