Rusiya XİN: Qərbin yaratdığı Zelenski obrazı artıq tükənib, dünya onu qəbul etmir
Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı Qərbin formalaşdırdığı imicinin resursu tamamilə tükənib, dünya auditoriyası artıq onu qəbul etmir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
Rusiyalı diplomat Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskinin Qərb mediasında daha fəal görünməyə başladığına diqqət çəkib.
"Onun ABŞ-a səfəri, jurnalların üz qabığı, bunkerdə fotosessiyalar… Hətta Ukrayna prezidenti də indi həyat yoldaşının fonunda müsahibələr verir. Səbəb bayağıdır – Zelenski yorulub, dünya tamaşaçısı artıq onu qəbul etmir, ondan doyublar", – deyə Zaxarova yazıb.
Rusiya XİN rəsmisi bildirib ki, gerçəkləşməyən qələbə olmadan hərbiləşdirilmiş imic başqasına dəyişdirilə bilməz və Qərb yeni ünsiyyət formatı formalaşdırmaq iqtidarında deyil: "Zelenskinin resursu tamamilə tükənib, obrazı ümidsizcə çürüyüb, ona görə də artıq o, ədviyyatsız təqdim edilmir".

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları