Rusiyada biznesini satıb ölkədən çıxan xarici şirkətlər - ƏLAVƏ DAHA 10% VERGİ ÖDƏYƏCƏKLƏR
Rusiyadakı biznesini satıb ölkəni tərk edən xarici şirkətlər 10% vergi ödəyəcəklər.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
Onun sözlərinə görə, 10% vergi alqı-satqı məbləğinə tətbiq olunacaq.
"Qərar qəbul etmişik ki, xarici şirkətlərin ölkədən çıxışına daha 10% vergi tətbiq edilsin. Yəni biz şərait yaradırıq ki, xarici şirkətlər burada qalıb işləsinlər, ödkədən çıxıb getmək xaici şirkət üçün sərfəli olmasın".
O qeyd edib ki, paralel olaraq Rusiyada biznes üçün bütün stimullaşdırıcı tədbirlər, o cümlədən xarici şirkətlər üçün də davam etdiriləcək. Siluanov vurğulayıb ki, Rusiya xarici şirkətlərin ölkədə fəaliyyət göstərməsində maraqlıdır:
"Biz bunu bir neçə dəfə bəyan etmişik: xarici biznes fəaliyyətini davam etdirirsə, iş yerlərini saxlayırsa və iqtisadiyyatı və istehsalı inkişaf etdirirsə, Rusiya hökuməti həmin şirkətin qazandığı dividendlərin bir hissəsinin xaricə çıxarılmasına, yəni ana şirkətinə verilməsinə mane olmuruq. Şirkət ölkədən çıxmaq istədikdə isə bu müəyən xərclərə başa gələcək. O cümlədən biznesin satışı müqaviləsindəki məblədən 10% vergi ödənilməsi tələb olunacaq".
Xatırladaq ki, hazırda Rusiyanı tərk etmək istəyən böyük şirkətlərdən biri də Avstriyanın "Raiffeisen Bank International" (RBI) bankıdır. Bu banka özünün Rusiyadakıı bankını ya satmaq, ya da qrupdan çıxarmaq istəyir. Bu barədə RBI-in rəhbəri Yohann Ştrobl bildirib. Qrupun Rusiya ərazisində bankı, sığorta şirkəti və idarəçi şirkəti var.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi