Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin monitorinqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.
40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.
Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Qızıl gətir, sərfəli kredit götür
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir
Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Şirkət nümayəndəsi vəfat edib - "Şahşərab"ın səhmdarları toplanır
Start-up nədir?
Kriptovalyuta nədir və necə alınır?
ƏDV geri al və onun üstünlükləri
Onlayn biznes növləri
Swift nədir?