Sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 5,7 mlrd manata çatıb
Bu il yanvarın 1-nə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) verilən kreditlərin həcmi 2022-ci ilin əvvəli ilə müqayisədə 28 % artaraq 5,7 milyard manata çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi" hesabatında bildirilib.
Hesabata görə, nəticədə, MKOS-lara verilmiş kreditlərin bankların və digər kredit təşkilatların biznes portfelində payı 50 %-i ötüb. "Müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS-lar üzrə standartların yumşaldılmasıdır", – hesabatda deyilir.
AMB bildirir ki, MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Son illərdə bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35 % (1,3 milyard manat) artaraq 5 milyard manata çatıb. Nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 faiz bəndi artaraq 89 % olub.
MKOS-ların maarifləndirmə imkanlarının təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.//Report

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
Onlayn biznes növləri