Şavkat Mirziyoyev İlham Əliyevə təbrik məktubu göndərdi

Şavkat Mirziyoyev İlham Əliyevə təbrik məktubu göndərdiÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
KONKRET.azxəbər verir ki, təbrik mətnində deyilir:
"Möhtərəm İlham Heydər oğlu!
Əziz qardaşım!
Sizi və qardaş Azərbaycan xalqını mühüm tarixi hadisə – ölkənizin Ümummilli Lideri, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu unudulmaz gündə Azərbaycan xalqının dahi oğlu və əsl vətənpərvər şəxsiyyətin unudulmaz xatirəsini sonsuz qürur hissi ilə yad edərək, xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev öz güclü iradəsi və nadir liderlik qabiliyyəti ilə müasir Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və onun yeni dövlətçiliyinin təməlinin qoyulmasına, millətin birliyinə, həmrəyliyinə misilsiz töhfələr vermişdir.
Eyni zamanda, Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bu dahi şəxsiyyətin misilsiz xidmətlərini hər zaman yüksək ehtiram duyğuları ilə xatırlayacağıq.
Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir.
Hörmətli İlham Heydər oğlu!
Biz Zati-alinizi – möhtərəm atanızın başladığı şərəfli yolun layiqli davamçısını, ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik.
Xüsusilə və böyük məmnunluqla qeyd etmək istərdim ki, son zamanlar aramızda yaranan və möhkəm etimad ruhunda qurulmuş dialoqlarımız, cari ilin mart ayında Bakıda apardığımız açıq və səmərəli danışıqlarımız ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir.
Bununla yanaşı, yaxın gələcəkdə baş tutacaq ali səviyyədə səfərimiz zamanı əldə ediləcək mühüm razılaşmalar, əməkdaşlığımızın genişləndirilməsinə yönəlmiş dəqiq layihələr və əməli proqramlar şübhəsiz ki, hərtərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaqdır.
Atanız Heydər Əliyevin nurlu xatirəsinin qəlblərimizi işıqlandırdığı bu günlərdə Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".

Xəbərlər     Tarix: 11 may 2023

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin qiymeti avtomobil xeberleri dollarin kursu bu gun