"Sədərək" və "Binə" kimi bazarlara yeni vergi nəzarəti gəlir - 6000 MANATADƏK SANKSİYA

"Ortamüddətli dövrdə strateji hədəflərimiz iki istiqamətdədir. İkinci istiqamət məhz "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına xidmət etməlidir. Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada "kölgə iqtisadiyyatı"nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir".
Marja.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketini şərh edərkən deyib.
O qeyd edib ki, Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır:
Bildiyiniz kimi, bazarlar elə bir əmlak kompleksidir ki, orada kütləvi sayda sahibkarlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur. Bu ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Artıq bu format həyata keçirilərsə, bu əmlak kompleksi tam leqal, yəni qanunauyğun şəkildə uçota alınmış sahibkarların fəaliyyətini təmin etmiş olacaq.
Vergi orqanı nəzarət tədbirləri zamanı belə bir halın pozulmasını aşkar edərsə, bu zaman bazar mülkiyyətçilərinə, əgər idarəetməyə verilibsə, idarəediciyə hər bir uçotsuz sahibkar üçün 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək. Əgər bu hal təqvim ili ərzində təkrar baş verərsə, o zaman 4.000 manat və növbəti dəfə olarsa, 6.000 manat həcmində maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Məqsəd məhz bu cür kütləvi məkanlarda qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə şərait yaradılmaması üçün preventiv tədbirlərin görülməsi, eyni zamanda, istehlakçıların da hüquqlarının qorunmasıdır. Bu layihədə bazar mülkiyyətçiləri üzərində o tələb də var ki, bütün sahibkarlar fəaliyyət göstərdikləri obyektlərində öz rekvizitlərini - adı, təsərrüfat subyektinin kodunu və s. göstərməlidirlər. Çünki istehlakçılardan aldığımız şikayətlərdə ünvan, məkan göstərilsə də, onun hansı mağazaya, hansı obyektə məxsus olmasını müəyyən edə bilmirlər. Bu baxımdan tam hüquqi müəyyənlik, istehlakçıların hüquqlarının qorunması baxımından, eləcə də qanunsuz sahibkarlıq və uçotsuz sahibkarın qarşısının alınması baxımından bu dəyişiklik önəmlidir".

Maliyyə     Tarix: 28 noyabr 2024

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler pul qazanmaq kicik biznes internetden pul qazanmaq dollar kursu